Dünya

İrəvanın mərkəzindən “yeraz”lara salam göndərən Ogün Özdemirə Ermənistanda cinayət işi açıldı

31 Mart 2025, 23:1223
Reklam728x90
Reklam320x100

Türkiyəli bloger Ogün Özdemirə Ermənistanda cinayət işi açılıb.

Avropa.indo musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan “Joxovurd” nəşrinin müxbirinə bildirib.

Onun sözlərinə görə, cinayət işi blogerin İrəvanda lentə aldığı videoların çəkilməsi ilə bağlı açılıb.

Xatırladaq ki, Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir bir müddət əvvəl Gürcüstana, oradan isə İrəvana getmişdi. Orada o, Respublika meydanından çəkiliş edərək Azərbaycan dilində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdi və Azərbaycan torpağında olduğunu bildirmişdi.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600