Dünya

“İranın istənilən hücuma cavabı dağıdıcı və çox ağrılı olacaq”-Ruhullah Müdabber

16 Oktyabr 2024, 08:259
Reklam728x90
Reklam320x100
ABŞ və İsrailin digər müttəfiqləri İslam Respublikasına birgə hücum etsələr, İrandan sarsıdıcı cavab alacaqlar.

Avropa.info xəbər verir ki, bu fikri TASS-a müsahibəsində iranlı politoloq və professor Ruhullah Müdabber deyib.

“İranın istənilən hücuma cavabı dağıdıcı və çox ağrılı olacaq. Bu, İranın İsrailin düşmənçilik siyasətləri ilə mübarizədə yeni strategiyasıdır və eyni zamanda bütün tərəfdarlarına, o cümlədən ABŞ-a mesajdır. Tehran İsrailin İrana zərbələrinə qoşulan istənilən qüvvənin maraqlarını təhlükə altına atacaq”, – deyə o bildirib.

Analitikin fikrincə, İsrail Amerika kəşfiyyatının, eləcə də NATO, Fransa və Böyük Britaniyanın dəstəyi olmadan hərəkət edə bilməz, ona görə də ABŞ İsrail cinayətlərinə şərikdir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600