İran İnqilab Keşikçiləri Korpusu iddia edib ki, ABŞ ordusunun rəhbərliyi və döyüş təyyarələrinin dəstəyi ilə Hörmüz boğazının cənubundakı marşrutdan istifadə etməyə çalışan iki neft tankeri dəniz minasına düşüb və partlayıb.
Avropa.info xəbər verir ki, İnqilab Keşikçiləri Ordusundan verilən açıqlamada tankerlərin minaya düşməsindən sonra baş verən şiddətli partlayışların Hörmüz boğazını saatlarla işıqlandırdığı bildirilib.
Sözügedən iki tankerin dünən partlayan iki tankerin yaxınlığında partladığı iddia edilərkən, Hörmüz boğazında dünəndən etibarən alovlanaraq batan tankerlərin sayının 6-ya yüksəldiyi bildirilib.
Açıqlamada partlayışların səbəb olduğu çirklənmənin Boğaz sahillərinə yayıldığı, tankerlərin hədəf alınmasının ABŞ-ın “qanunsuz dəniz blokadası”na və İranın Hörmüz boğazında nizam-intizamını pozmasına cavab olaraq “cəza tədbiri” olduğu bildirilib.
Neft şirkətlərinin sahiblərinə xəbərdarlıq edilən açıqlamada Hörmüz boğazında qurulacağı bildirilən cənub marşrutunun dəniz minaları ilə örtüldüyü bildirilib.
ABŞ hərbi rəsmilərinin açıqlamalarına əsaslanaraq bu marşrutdan istifadə etməyə çalışan şirkətlərin tankerlərinin təhlükə qarşısında qalacağı qeyd edilib.




