Dünya

“İran həyatım üçün ciddi təhdidlər yaradır”-Tramp

25 Sentyabr 2024, 10:066
Reklam728x90
Reklam320x100

Avropa .info xəbər verir ki, bunu Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“ABŞ Silahlı Qüvvələri müşahidə edir və gözləyirlər. İran artıq addımlar atsa da, uğura nail olmayıb. Lakin o, yenidən cəhd edəcək”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, hazırda nə vaxtsa olduğundan daha çox sayda insan və silahla əhatə olunub.

Xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o qulağından yaralanmışdı. Bu ayın 15-də isə keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600