Dünya

İki müsəlman ölkəsi İrana qarşı hərbi əməliyyatlara QOŞULUR

24 Mart 2026, 13:0682
Reklam728x90
Reklam320x100

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatlara qoşula bilər, çünki Tehran onların ərazilərinə zərbələr endirir.

Avropa.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı artıq ABŞ-ın ölkənin qərbindəki “Kral Fəhd” aviabazasından istifadə etməsinə icazə verib və ölkənin münaqişəyə qoşulmaq qərarı “yalnız zaman məsələsidir”.

Qeyd edək ki, keçən həftə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhan əl-Səud bildirib ki, “Səudiyyə Ərəbistanının səbri sonsuz deyil”. /APA

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600