Dünya

HƏMAS: İsrailin Qəzzada mülki çadırlara hücumu yeni vəhşilikdir

18 May 2025, 08:4711
Reklam728x90
Reklam320x100

HƏMAS İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Xan Yunus bölgəsindəki Məvasi bölgəsində didərgin düşmüş mülki şəxslərin yerləşdiyi çadırları hədəf alan intensiv hava hücumlarına reaksiya verib.

Avropa.info xəbər verir ki, HƏMAS  bəyanatında bildirib ki, İsrailin Mavasi bölgəsində məcburi köçkünlərin məskunlaşdığı çadırlara hava zərbələri  “müharibə cinayətkarı (Baş nazir Benyamin) Netanyahu hökumətinin  faşist quruluşunu əks etdirən yeni vəhşi cinayətdir “.

Bəyanatda mülki şəxslərin məskunlaşdığı çadırların hədəf alınaraq yandırılmasının bütün humanitar və beynəlxalq  hüququn açıq şəkildə pozulması olduğu  , ABŞ-ın İsrailə verdiyi siyasi və hərbi dəstəyin Qəzzada mülki şəxslərə qarşı hücumlara görə məsuliyyəti artırdığı vurğulanıb.

Bəyanatda  Birləşmiş Millətlər Təşkilatının  və beynəlxalq ictimaiyyətin İsrailin mülki şəxslərə qarşı misli görünməmiş pozuntularına susması pislənərək, bu münasibət “acı verən acizlik” kimi qiymətləndirilib.

HƏMAS ərəb və islam ölkələrini “bu qırğın və soyqırımı dayandırmaq” üçün təcili və təsirli addımlar atmağa, Fələstin xalqına yardım göstərməyə və müqaviməti dəstəkləməyə çağırıb.

İsrail  döyüş təyyarələri  axşam saatlarında Xan Yunisin Mevasi bölgəsində qaçqınların məskunlaşdığı çadırları hədəfə alıb,  yanğın baş verib  və ən azı 20 fələstinli ölüb, 100-dən çox adam yaralanıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600