Dünya

Helikopteri idarə edən təcrübəli plot qadın olub

31 Yanvar 2025, 16:318
Reklam728x90
Reklam320x100

ABŞ-yə məxsus “Black Hawk H-60” hərbi helikopterini 500 saatdan çox uçuş təcrübəsi olan təcrübəli qadın pilot idarə edib.

Avropa.info xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.

Helikopterin göyərtəsində həmçinin ekipaj komandiri və pilot-təlimatçı da olub.

“Bu, çox təcrübəli ekipaj idi”,- deyə quru qoşunlarının istefada olan zabiti Conatan Koziol telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, pilot-təlimatçının 1000 saatdan çox, ekipaj komandirinin isə bir neçə yüz saat uçuş təcrübəsi olub. O qeyd edib ki, helikopter uçuşlarının adətən qısa olması fonunda bu qədər uçuş saatının toplanması ekipajın yüksək ixtisaslı olduğunu sübut edir.

Hadisə nəticəsində ekipajın üç üzvü həlak olub. Cümə axşamı Pentaqon qəzaya uğrayan helikopterin aid olduğu bölmədə bütün uçuşları dayandırıb.

Bundan əvvəl ABŞ-də qəzaya uğrayan “H-60” helikopterinin pilotlarından birinin transgendər ola biləcəyi ilə bağlı məlumat yayılmışdı

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600