21 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Hərbi Prokurorluqda kollegiya iclası keçirilib

Yanvar 21, 2025
Ölkə
A A

Hərbi Prokurorluğunda yanvarın 21-də cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması sahəsində 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.

Avropa.info xəbər verir ki,Bu barədə Hərbi Prokurorluq  məlumat yayıb.

Bildirilib ki, hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev 2024-cü ildə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldildiyini deyib.

Vurğulanıb ki, qeydə alınan cinayətlərin, ümumilikdə, 98,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranan qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub. Belə ki, hər il olduğu kimi, 2024-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanan müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunub, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar keçirilib.

Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilib və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub.

Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunub. Sözügedən istiqamətdə səmərəliliyi artırmaq məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülüb.

Bütün bunların nəticəsində hesabat dövründə qeydə alınan cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 19,3 faiz, qeyri-hərbi cinayətlər 21,5 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 17,5 faiz azalıb.

Eyni zamanda, 2023-cü illə müqayisədə 2024-cü ildə qeydə alınan özünü öldürmə həddinə çatdırma cinayətləri 20,0 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 53,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 33,6 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 52,9 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 31,1 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 21,4 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 71,4 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 88,2 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 20,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,4 faiz, və xuliqanlıq cinayətləri 60,0 faiz azalıb.

Kollegiya iclasında, hesabat dövrü ərzində görülən müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.

Sonra məruzə ətrafında çıxışlar olub. Kəlbəcər hərbi prokuroru, ədliyyə polkovniki Mahir Bayramov, Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki İlham Babayev və Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov çıxış edərək hesabat dövründə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Əvvəlki Yazı

Trampin rəqsi gündəm oldu

Növbəti Yazı

“Ermənistan-Amerika razılaşması həm də İrəvanın KTMT ilə bir neçə ildir davam edən münaqişələrinə aydınlıq gətirib”-Yelena Panina

XƏBƏR LENTİ

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XİN: Daha 16 soydaşımız Suriyadan Azərbaycana gətirildi

20 İyul 2026 / 18:11
5
Ermənistan “Sezar”ı sınaqdan keçirir

Ermənistan “Sezar”ı sınaqdan keçirir

20 İyul 2026 / 18:00
3
Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

20 İyul 2026 / 17:18
3
Qazaxda ata və qızı göldə batdi

Qazaxda ata və qızı göldə batdi

20 İyul 2026 / 17:10
2
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyi təbrik edib

20 İyul 2026 / 15:02
5
Ədliyyə Naziri Fərid Əhmədov Pakistanin Ədliyyə üzrə dövlət Naziri Aqil Malikin ilə görüşüb -Fotolar

Ədliyyə Naziri Fərid Əhmədov Pakistanin Ədliyyə üzrə dövlət Naziri Aqil Malikin ilə görüşüb -Fotolar

20 İyul 2026 / 14:54
10
Hoteldə 42 yaşli kişi ölu tapildi

Hoteldə 42 yaşli kişi ölu tapildi

20 İyul 2026 / 14:40
2
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev:“Seçicilərim içərisində yanıma ən çox gələnlər sahibkarlar və yeni iş qurmaq istəyən şəxslərdir”

20 İyul 2026 / 13:36
77
Bakıda mağazada döyülən qadın danışdı – Video

Bakıda mağazada döyülən qadın danışdı – Video

20 İyul 2026 / 13:27
20
Ermənistan Zəngəzur  dəhlizində yol təmir işlərinə başladı

Ermənistan Zəngəzur dəhlizində yol təmir işlərinə başladı

20 İyul 2026 / 12:43
1
Vüqar Dadaşov:”Nizami, Füzuli və Nəsimi irsi bəşəriyyətin mənəvi sərvətidir”

Vüqar Dadaşov:”Nizami, Füzuli və Nəsimi irsi bəşəriyyətin mənəvi sərvətidir”

20 İyul 2026 / 12:17
136
Ukraynadan yeni hədəf- Rusiya gəmilərini vurdu, Kerç boğazı bağlandı

Rusiya ordusu Qara dənizdə Türkiyəyə də məxsus gəmi vurulub – 10 həlak olub

20 İyul 2026 / 12:06
3
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Daha bir gənc dənizdə batib

20 İyul 2026 / 12:00
1
Tennis Akademiyasında ölüm hadisəsi baş verib

Tennis Akademiyasında ölüm hadisəsi baş verib

20 İyul 2026 / 11:54
17
Keyne qardaşı Yamalın məşhurluğuna yenə ortaq oldu -Fotolar

Keyne qardaşı Yamalın məşhurluğuna yenə ortaq oldu -Fotolar

20 İyul 2026 / 11:34
6
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Tramp:”Bu gecə onlara daha bir güclü zərbə endirəcəyik”

20 İyul 2026 / 10:15
1
Meksikada güclü zəlzələ baş verib

İranin Kirmanşah vilayətində iki güclü zəlzələ baş verib

20 İyul 2026 / 10:11
1
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bəyan edib

Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bəyan edib

20 İyul 2026 / 10:07
1
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur

20 İyul 2026 / 10:03
1
Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

20 İyul 2026 / 9:54
2
ChatGPT suallara cavab verməyi dayandırdı

ChatGPT suallara cavab verməyi dayandırdı

20 İyul 2026 / 9:46
2
Vitse-prezidenti Ceyms Devid Vens dördüncü dəfə ata olub

Vitse-prezidenti Ceyms Devid Vens dördüncü dəfə ata olub

20 İyul 2026 / 9:41
9
Cəlilabadda avtomobil azyaşini vurub

Cəlilabadda avtomobil azyaşini vurub

20 İyul 2026 / 9:36
1
Ukrayna ordusu Belarus üçün “məhvetmə zonası” yaradır

Ukrayna ordusu Belarus üçün “məhvetmə zonası” yaradır

20 İyul 2026 / 9:17
1
Svetlana Jurova:”Ehtimallardan biri budur ki, Zelenski vəzifəsindən istefa verəcək”

Svetlana Jurova:”Ehtimallardan biri budur ki, Zelenski vəzifəsindən istefa verəcək”

20 İyul 2026 / 9:11
1
Lamin Yamal Ronaldo, Mbappe və Messiyə qalib gələrək DÇ qazandı – Fotolar

Lamin Yamal Ronaldo, Mbappe və Messiyə qalib gələrək DÇ qazandı – Fotolar

20 İyul 2026 / 8:59
4
Marko Rubio:”Bütün planet üçün gəmiçiliyi əbədi olaraq qorumaq ABŞ-ın işi deyil”

Marko Rubio:”Bütün planet üçün gəmiçiliyi əbədi olaraq qorumaq ABŞ-ın işi deyil”

20 İyul 2026 / 8:49
1
Saatlıda su idarəetməsinin təkmilləşdirilməsi yolları müzakirə olundu – FOTOLAR

Saatlıda su idarəetməsinin təkmilləşdirilməsi yolları müzakirə olundu – FOTOLAR

19 İyul 2026 / 21:44
4
Odessada həlak olan gəmi kapitanı dəfn edildi

Odessada həlak olan gəmi kapitanı dəfn edildi

19 İyul 2026 / 10:21
12
Qeyri-sabit hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

Qeyri-sabit hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

19 İyul 2026 / 10:07
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.