Etimesgut Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu da daxil olmaqla 55 nəfər haqqında həbs qərarı çıxarılıb.
Avropa.info xəbər verir ki, Ankara Qərb Baş Prokurorluğu Etimesqut Bələdiyyəsinə qarşı korrupsiya istintaqı başlatdı.
Bu çərçivədə aralarında Bələdiyyə Başçısı Erdal Beşikçioğlunun da olduğu 55 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Ankara İl Təhlükəsizlik Müdirliyi qrupları bələdiyyə binasında axtarış aparıb.
Nəzarətə alınan bələdiyyə sədri Beşikçioğlu Qazi Mustafa Kamal Peşə və Ətraf Mühit Xəstəlikləri Xəstəxanasında sağlamlıq müayinəsindən keçirildikdən sonra Polis İdarəsinə aparılıb.
Şübhəlilərə aid 56 yaşayış yeri, 15 iş yeri və 41 avtomobildə axtarış-ələ keçirmə əməliyyatları davam edir.






























