Dünya

Ər-Riyadın Kral Xalid hava limanına dünənki hücumda 1 nəfər ölüb, 11 nəfər yaralanıb

12 Oktyabr 2026, 07:2611
Reklam728x90
Reklam320x100

 

Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş Assambleyası (GACA) Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını hədəf alan hücumda 1 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb.

Avropa.info xəbər verir ki, GACA-nın verdiyi açıqlamada dünən günorta saatlarında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumla bağlı yenilənmiş məlumat paylaşılıb.

Açıqlamada, hücum nəticəsində bir Pakistan vətəndaşının öldüyü, 11 nəfərin yaralandığı bildirilib.

Açıqlamada yaralıların dərhal xəstəxanaya aparıldığı və lazımi tibbi yardım göstərildiyi, hücum nəticəsində hava limanında baş verən maddi ziyanın və zərərin qiymətləndirilməsi işlərinin davam etdirildiyi bildirilib.

Ər-Riyaddakı Kral Xalid hava limanına sursatın düşməsindən sonra yanğın baş verib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyası dünən verdiyi açıqlamada Ər-Riyaddakı Kral Xalid hava limanının 4-cü terminalının sərnişin salonuna döyüş sursatı düşməsi nəticəsində yanğının baş verdiyini açıqlayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600