08 - 04 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Cəmiyyətin nəbzini yoxlamaq TƏŞƏBBÜSÜ, yoxsa məqsədli narazılıq yaratmaq İSTƏYİ… — Rəsul Mirhəşimli yazır

Aprel 7, 2026
Gündəm, Manşet
A A

“Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir”.

Mediada yayılan məlumata görə, bu yanaşma xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək. Məlumatda qeyd edilir ki, yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kələğayının təşviq edilməsi nəzərdə tutulur:

“Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif məzhəbi və sektorial simvollar cəmiyyət daxilində fərqlənməni artırdığı halda, kələğayı ümummilli identiklik və ortaq mədəni dəyər kimi qəbul edilir.

Yeni yanaşmaya əsasən, inanclı qadınların baş örtüyü ehtiyacı nəzərə alınmaqla, dini baş örtükləri əvəzinə milli örtük – kələğayıdan istifadə təşviq olunacaq. Bununla bağlı maarifləndirmə, tədris və tətbiq mexanizmlərinin də hazırlanacağı bildirilir.

Beləliklə, Azərbaycanda baş örtüyü məsələsində yeni mərhələnin başlanacağı gözlənilir və bu yanaşma milli-mədəni dəyərlərin ön plana çıxarılması ilə izah olunur”.

Bu məlumatı mediaya sızdıranlar kimlərdirsə (Yayılan informasiya təsdiq və ya təkzib olunmadığı üçün bu barədə konkret ünvan göstərmək mümkün olmur – R.M), hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ortaya atılan təşəbbüs özündə islamfobiya elementlərini ehtiva edir. Çünki imanlı və inanclı xanımların baş örtüyünün formasına qarışmaq insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə yanaşı, insanların etiqad azadlığına müdaxilədir. Bu təşəbbüslər hüquqi məsuliyyət yaradır.

Bu məlumatın mahiyyəti yalnız geyim qaydalarının tənzimlənməsi ilə məhdudlaşmır, eyni zamanda dövlət–cəmiyyət münasibətlərinin həssas bir sahəsinə vicdan və etiqad azadlığına toxunur. Məhz buna görə də məsələ hüquqi, sosial və ideoloji müstəvilərdə paralel şəkildə qiymətləndirilməlidir.

Baş örütüyü kimi qadınların kəlağıyı bağlamasının stimullaşdırlmasını milli geyim formasının təşviqini əsas gətirirlərsə, anlamalıdırlar ki, dini düşüncə və inanc milli dəyər deyil, mənəvi dəyər anlamı daşıyır. Hicablı xanımlar da özlərinin milli düşüncəsini ifadə etmək üçün bu geyimi daşımır, Allahın əmrlərini yerinə yetirmək üçün ilahi hökmə etiqad edirlər.

Simvolik baxımdan hicablı xanımlar bu geyimi yalnız zahiri bir atribut kimi deyil, eyni zamanda mənəvi dəyərlərinə bağlılığın ifadəsi kimi qəbul edirlər. Onlar üçün hicab Allahın ayələrinə hörmətin və bu dəyərləri gündəlik həyatlarında yaşatmaq istəyinin bir göstəricisidir. Başqa sözlə, bir ilahi hikmətin simvolu kimi, hicab inanclı xanımlar üçün Allahın ayələrini başı üzərində daşımaq kimi mənəvi məsuliyyət dərəcəsində mühüm əhəmiyyət kəsb edir. Hicab təkcə dini bir vəzifənin yerinə yetirilməsi deyil, həm də inanclı qadınların özlərini daha rahat və dəyərlərinə uyğun şəkildə ifadə etmə vasitəsi kimi görülür.

Eyni zamanda, bu seçim bir çoxları üçün şəxsi mənəviyyat, təvazökarlıq və daxili harmoniya ilə əlaqələndirilir. Türk əxlaqında və ümumilikdə milli-mədəni dəyərlər sistemində qadının ləyaqəti və şəxsi seçiminə hörmət mühüm yer tutur. Bu baxımdan, fərdi seçimlərə həssas və anlayışla yanaşmaq cəmiyyət daxilində qarşılıqlı hörmətin qorunmasına töhfə verə bilər.

Hicab təkcə dini hökmə qadınların itaət etməsi deyil, eyni zamanda, inanclı xanımlar üçün iffətini qorumaq üçün seçilmiş bir vasitədir. Türk əxlaqında və milli dəyərlərimizdə qadınların iffəti toxunulmazdır, bu seçimə istənilən müdaxilə qadının şəxsiyyətinə zorakı müdaxilə kimi qəbul edilə bilər.

Başqa yöndən, diqqət çəkən məqam ondan ibarətdir ki, dini simvolların ictimai məkanlardan sıxışdırılması təşəbbüsü hər nə qədər “milli birlik” arqumenti ilə əsaslandırılsa da, bu yanaşma fərdi azadlıqların məhdudlaşdırılması riskini özündə ehtiva edir. Müasir hüquq sistemlərində dövlətin neytrallığı prinsipi əsas götürülür və bu prinsip yalnız dini təsirlərin dövlətə müdaxiləsinin qarşısını almağı deyil, eyni zamanda dövlətin də fərdin dini seçimlərinə müdaxilə etməməsini nəzərdə tutur. Bu baxımdan, baş örtüyünün formasına müdaxilə məsələsi təkcə estetik və ya mədəni seçim deyil, birbaşa fundamental hüquqların sərhədləri ilə bağlıdır.

Digər tərəfdən, milli kimlik anlayışının bu kontekstdə təqdim olunması da mübahisəli görünür. Kələğayı şübhəsiz ki, Azərbaycan mədəniyyətinin mühüm atributlarından biridir və onun təşviqi təbii olaraq müsbət qiymətləndirilə bilər. Lakin milli dəyərin təşviqi ilə dini dəyərin əvəz olunması arasında incə, lakin prinsipial fərq mövcuddur. Milli geyim simvolik olaraq kollektiv kimliyi ifadə etdiyi halda, dini geyim fərdin daxili inancının zahiri təzahürüdür. Bu iki sahənin bir-birinin yerinə keçirilməsi cəmiyyət daxilində yeni gərginliklər yarada bilər.
Sosial baxımdan məsələ daha da mürəkkəbləşir. Çünki baş örtüyü yalnız dini göstəriş kimi deyil, eyni zamanda fərdi kimlik vasitəsi kimi də qəbul olunur. Bu identifikasiyanın məhdudlaşdırılması inaclı qadınlarda özlərini cəmiyyətdən kənarlaşdırılmış hiss etmə duyğusunu gücləndirə bilər. Nəticədə isə nəzərdə tutulan “vahid ictimai mühit” əvəzinə, əksinə, daha dərin sosial parçalanma riski ortaya çıxa bilər.

İctimai rəy məsələsi də burada xüsusi əhəmiyyət daşıyır. Əgər bu təşəbbüs doğrudan da cəmiyyətin reaksiyasını ölçmək məqsədi ilə gündəmə gətirilibsə, o zaman onun açıq müzakirə platformalarında, ekspert mühitində və vətəndaş cəmiyyəti institutları çərçivəsində geniş şəkildə müzakirəyə çıxarılması vacibdir. Müzakirələr həm vətəndaşa fikirlərinin əsas götürüldüyünün real mənzərəsini nümayiş etdirə, həm də istənilən problemin həllində ictimai rəyin əsas götürüldüyünə inamı bərpa edə bilər.

Lakin bu cəmiyyətdə vətəndaşlar gözəl anlayır ki, ictimai rəy bu ölkənin məmur kəsimi üçün heç bir halda əhəmiyyətli sayılan nəticə olmayıb. Əgər istimai rəy ölkə məmurları üçün mühüm əhəmiyyət kəsb etsəydi, indiyədək vətəndaşların böyük əksəriyyətinin israrla təklif etdiyi uşaq pulunun verilməsi ilə bağlı müsbət qərar qəbul edilər, Qarabağ müharibəsi veteranlarına verilən təqaüd 80 manat məbləğində saxlanılmazdı.

Kələğayının təşviqinin iqtisadi bazarın genişləndirilməsi ilə əlaqələndirilməsi kifayət qədər zəif əsaslandırılmış görünür. Əhalinin dini praktikaya aktiv şəkildə bağlı olan hissəsinin nisbətən az və bu qrupun daxilində də qadınların xüsusi çəkisinin daha məhdud olması belə bir iqtisadi strategiyanın effektivliyini şübhə altına alır. Milli dəyərlərin inkişafını bəhanə edib, kimlərsə kəlağayıların satışında bazarın genişləndirilməsini hədəf seçirlərsə, bu düşüncə həmin insanların iqtisadi təhlillərinin də çox zəif olduğunu göstərir. Çünki bir neçə il əvvəlin rəsmi statistikasına görə, ölkədə yaşayan əhalinin yalnız 8 faizi davamlı ibadətlə məşğul olan vətəndaşlardır. Bu faizin mütləq əksəriyyətinin kişilər olduğunu da nəzərə alsaq, bazara kəlağayı çıxarmaq istəyənlərin böyük qazanc əldə edə biləcəyi də inandırıcı görünmür. Bu isə onu göstərir ki, təşəbbüsün arxasında iqtisadi motivlərdən daha çox ideoloji və idarəetmə xarakterli məqsədlər dayanır.

Eyni zamanda, dini simvolların məhdudlaşdırılması ilə bağlı addımların beynəlxalq müstəvidə necə qarşılanacağı da nəzərə alınmalıdır. Müasir dünyada insan hüquqları məsələləri daxili məsələ kimi qalmır və belə qərarlar ölkənin beynəlxalq imicinə, xüsusilə də hüquq və azadlıqlara münasibətinə dair qiymətləndirmələrə birbaşa təsir edir.

Yekunda onu da qeyd edək ki, baş örtüyü ilə bağlı irəli sürülən yeni yanaşma sadə geyim siyasəti deyil, daha geniş mənada dövlətin ideoloji istiqamətinin göstəricisidir. Bu istiqamətin nə dərəcədə balanslı olacağı isə onun fərdi azadlıqlarla milli maraqlar arasında hansı nöqtədə dayanacağından asılıdır. Əgər bu balans qorunmazsa, təşəbbüs cəmiyyət daxilində həmrəyliyin qorunması deyil, əksinə, yeni fikir ayrılıqlarının yaranmasına səbəb ola bilər.

Avropa.info

 

Əvvəlki Yazı

Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

XƏBƏR LENTİ

Cəmiyyətin nəbzini yoxlamaq TƏŞƏBBÜSÜ, yoxsa məqsədli narazılıq yaratmaq İSTƏYİ… — Rəsul Mirhəşimli yazır

Cəmiyyətin nəbzini yoxlamaq TƏŞƏBBÜSÜ, yoxsa məqsədli narazılıq yaratmaq İSTƏYİ… — Rəsul Mirhəşimli yazır

07 Aprel 2026 / 1:02
23
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

06 Aprel 2026 / 17:08
7
Uşaq Kitabı Gününə həsr olunan silsilə tədbirlər davam edir-Fotolar

Uşaq Kitabı Gününə həsr olunan silsilə tədbirlər davam edir-Fotolar

03 Aprel 2026 / 20:54
29
2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq yazarları ilə görüş keçirilib-Fotolar

2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq yazarları ilə görüş keçirilib-Fotolar

03 Aprel 2026 / 20:47
33
Hacıqabulda yerləşən Pir Hüseyn xanəgahı ilə bağlı deputatdan maraqlı AÇIQLAMA – FOTOLAR

Hacıqabulda yerləşən Pir Hüseyn xanəgahı ilə bağlı deputatdan maraqlı AÇIQLAMA – FOTOLAR

02 Aprel 2026 / 15:21
9
Azərbaycan mühüm tədbirə ev sahibliyi edəcək – Bakıda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan mühüm tədbirə ev sahibliyi edəcək – Bakıda beynəlxalq konfrans keçiriləcək

02 Aprel 2026 / 0:56
25
Bakı Dövlət Universiteti tələbələrinin təcrübə nəticələri qiymətləndirilib

Bakı Dövlət Universiteti tələbələrinin təcrübə nəticələri qiymətləndirilib

01 Aprel 2026 / 21:21
32
Respublika Uşaq Kitabxanasında soyqırımı qurbanlarının xatirəsi anılıb

Respublika Uşaq Kitabxanasında soyqırımı qurbanlarının xatirəsi anılıb

01 Aprel 2026 / 21:14
42
Yəmən sahillərində GƏRGİNLİK: Region qlobal təzyiq zonasına çevrilir – TƏHLİL

Yəmən sahillərində GƏRGİNLİK: Region qlobal təzyiq zonasına çevrilir – TƏHLİL

29 Mart 2026 / 9:49
24
Enerji müharibəsinin yeni cəbhəsi: Qlobal enerji bazarını kim idarə edir? – ŞOK DETALLAR

Enerji müharibəsinin yeni cəbhəsi: Qlobal enerji bazarını kim idarə edir? – ŞOK DETALLAR

26 Mart 2026 / 14:01
29
Mədəniyyət missiyası daşıyan dil: tariximizin, mədəniyyətimizin aynası

Mədəniyyət missiyası daşıyan dil: tariximizin, mədəniyyətimizin aynası

26 Mart 2026 / 13:52
8
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

Tramp İranda “Delsi Rodriges” planına nail olarsa belə, nəticə müvəqqəti xarakterli olacaq-Vüqar Dadaşov

26 Mart 2026 / 10:30
122
Azərbaycanda bu model avtomobillər kəskin bahalaşıb – VİDEO

Azərbaycanda bu model avtomobillər kəskin bahalaşıb – VİDEO

24 Mart 2026 / 17:39
14
İran Türkiyəyə qaz verilişini dayandırıb – Ümid Azərbaycanadır

İran Türkiyəyə qaz verilişini dayandırıb – Ümid Azərbaycanadır

24 Mart 2026 / 17:36
9
DİPLOMATİK QALMAQAL: Bu ölkə İran səfirini QOVDU – Səfirlik bağlanır

DİPLOMATİK QALMAQAL: Bu ölkə İran səfirini QOVDU – Səfirlik bağlanır

24 Mart 2026 / 17:33
8
Tramp oyunu necə başlayır: Bir cümlə ilə təzyiq – TƏHLİL

Tramp oyunu necə başlayır: Bir cümlə ilə təzyiq – TƏHLİL

24 Mart 2026 / 17:18
28
5 gün fasiləsiz yağış yağacaq, sel gələcək

5 gün fasiləsiz yağış yağacaq, sel gələcək

24 Mart 2026 / 17:00
9
Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildilər

Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildilər

24 Mart 2026 / 13:14
5
İki müsəlman ölkəsi İrana qarşı hərbi əməliyyatlara QOŞULUR

İki müsəlman ölkəsi İrana qarşı hərbi əməliyyatlara QOŞULUR

24 Mart 2026 / 13:06
8
Novruz ənənələri sənətdə: “Baharın rəngləri – Novruzun nəfəsi” sərgisi keçirildi – FOTOLAR

Novruz ənənələri sənətdə: “Baharın rəngləri – Novruzun nəfəsi” sərgisi keçirildi – FOTOLAR

21 Mart 2026 / 21:25
25
Ağdamda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarixin yaddaşı, ilmələrin dili” adlı sərgi açıldı

Ağdamda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarixin yaddaşı, ilmələrin dili” adlı sərgi açıldı

21 Mart 2026 / 21:20
7
Bakcell rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!

Bakcell rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!

19 Mart 2026 / 16:51
23
Milli kimliyimizdə dilimizin rolu: Azərbaycan dilinin  mədəniyyət missiyası

Milli kimliyimizdə dilimizin rolu: Azərbaycan dilinin mədəniyyət missiyası

19 Mart 2026 / 12:06
13
Kitabxanada “Milli dəyərlərimiz” adlı bayram tədbiri keçirilib-Fotolar

Kitabxanada “Milli dəyərlərimiz” adlı bayram tədbiri keçirilib-Fotolar

18 Mart 2026 / 21:47
37
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18 Mart 2026 / 12:09
9
Sumqayıtda Qubadlı ictimaiyyətinin iştirakı ilə möhtəşəm Novruz şənliyi keçirildi – FOTOLAR

Sumqayıtda Qubadlı ictimaiyyətinin iştirakı ilə möhtəşəm Novruz şənliyi keçirildi – FOTOLAR

18 Mart 2026 / 12:06
16
Lalə Azərtaşın verilişi də bağlandı

Lalə Azərtaşın verilişi də bağlandı

18 Mart 2026 / 0:50
9
Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildi

18 Mart 2026 / 0:48
10
DTX Prezidentin ailəsini şantaj edəni saxlayıb – VİDEO

DTX Prezidentin ailəsini şantaj edəni saxlayıb – VİDEO

17 Mart 2026 / 21:39
46
Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirilib-Foto

Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirilib-Foto

17 Mart 2026 / 12:49
32
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.