23 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Mədəniyyət

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı, şair, tərcüməçi,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının kitablarının təqdimat mərasimi keçirilib-Fotolar

Fevral 6, 2025
Mədəniyyət
A A

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı, şair, tərcüməçi,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının kitablarının təqdimat mərasimi keçirilib

Avropa.info xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimi keçirilib. Təqdimatda Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru tənqidçi, tərcüməçi İntiqam Qasımzadə, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuz, Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev, Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyasının Baş redaktoru, şairə Nəzakət Məmmədova, “Azərbaycan” jurnalının Baş redaktorunun müavini Südabə Ağabalayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı, kitabxana əməkdaşları və başqaları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, bugün kitabxananın Xanım Aydının kitab təqdimatına ev sahibliyi etməsindən böyük məmnunluq duyduğunu dilə gətirərək şair, yazıçı Xanım Aydının yaradıcılıq nümunələrində olan səmimiyyətdən, insanın ən dərin, həssas duyğularını dilə gətirən poetik dünyasından söz açaraq, müəllifin əsərlərini böyük sevgi ilə yazıldığını və  çox maraqlı üsluba malik olduğunu bildirdi.
Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyev Xanım Aydının geniş və çoxşaxəli yaradıcılığı haqqında danışaraq, Xanımın eyni zamanda bədii tərcüməçilik sahəsində də kifayət qədər dəyərli və dərin məzmunlu əsərləri Azərbaycan dilinə tərcümə etdiyini, eyni zamanda uğurlu kino ssenarilərin müəllifi olduğunu da söylədi.
Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə Xanım Aydının “Şair təbiətli nasir” olduğunu söyləyərək, onun “Sərçə”, “Rəngbərəng kəpənəklər” hekayələrində hər bir oxucunun qəlbini riqqətə gətirəcək həssas məqamlara toxunduğunu bildirdi. Uzun illər müəllif ilə əməkdaşlıq etdiyini söyləyərək, onun bir çox əsərlərini redaktə etdiyini də dilə gətirdi.
Əməkdar jurnalist Zemfira Məhərrəmli müəllif ilə ilk tanışlığının “Ulduz” jurnalının redaksiya heyətinin təşkil etdiyi “Yazı masanız” rubrikası çərçivəsində olduğunu yada salaraq, Xanım Aydının şeirlərinin bitkin nəzm nümunələri olduğunu bildirdi.
Yazıçı Yunus Oğuz ədəbiyyatda poeziya nümunələrinin bir anlıq dərin hisslər fonunda yarandığını nəsr əsərlərinin isə uzunmüddətli əməyin nəticəsi olduğunu bildirdi. Yunus Oğuz müəllifin “Torpaq” şeirinin təhlilini apararaq bu əsərin dərin poetik, romantik və eyni zamanda da “Yaradılış” mövzusuna həsr olunduğunu dilə gətirdi.
“Ulduz” jurnalının Baş redaktoru Qulu Ağsəs ədəbiyyat mühitində gənc şair və yazarlar üçün yaradılan yaradıcılıq imkanlarından danışaraq Xanım Aydın ilə uzun illərə arxalanan dostluq münasibətləri və həmkar fəaliyyətindən söhbət açdı. Xanım Aydının qələmə aldığı istər şeirlərində, istərsə də hekayələrində Vətənə sevgi, yurda, torpağa bağlılıq, ana, övlad, ailə motivlərinin yüksək peşəkarlıq və istedad ilə təsvir edildiyini söylədi.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli müəllifin yaradıcılıq işığına toplanmış ədəbiyyat, mətbuat nümayəndələrinin söylədiyi dəyərli fikirlərə qoşularaq, Xanım Aydının istər peşəkar jurnalistika, istər yaradıcılıq, istərsə də tərcüməçilik fəaliyyətində əsl fədakarlıq nümunəsi olduğunu, gözəl həmkar olmaqla yanaşı əsl Azərbaycan xanımına xas olan ana, qadın obrazını da çox uğurla canlandırdığını bildirdi.
Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Respublika “Xatirə Kitabı” Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova, “Azərbaycan” jurnalının Baş redaktor müavini Südabə Ağabalayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı və digər tədbir iştirakçıları Xanım Aydının bir yazıçı, şair, tərcüməçi, kinossenarist, sevilən mahnıların söz müəllifi kimi uğurlu fəaliyyətindən danışaraq, müəllifə gələcək işlərində uğurlar arzu etdilər.
Yazıçı Xanım Aydın müəllifi olduğu “Sərçə” hekayəsinin avtobioqrafik əsər olduğunu söyləyərək, yazarın qələmə aldığı mövzunu dərindən bilməsi, bütün qəlbi ilə duyması əhəmiyyətindən danışaraq, “İkimiz” və “Çamadan” kitablarının təqdimat məqasimini mərhum atasının xatirəsinə ithaf etdiyini söylədi.
Sonda müəllif Xanım Aydın kitablarını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.

Avropa.info

Şirvani Hümmetoglu

Əvvəlki Yazı

Nazir Murat Kurum: 2025-ci ilin sonuna qədər evlərinə girməyən bir fəlakət qurbanı olmayacaq

Növbəti Yazı

Qubada polis əməliyyat keçirdi -saxlanilanlar var -Video

XƏBƏR LENTİ

Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib

Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib

22 İyul 2026 / 19:04
4
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Trampdan İrana “Hörmüz boğazı” təhdidi

22 İyul 2026 / 17:48
3
İran mətbuatı: ABŞ Hörmüz boğazındakı Lark adasına hücum edib

İran mətbuatı: ABŞ Hörmüz boğazındakı Lark adasına hücum edib

22 İyul 2026 / 17:44
1
Prezident İlham Əliyev Gürcüstanla bağlı sazişi təsdiqlədi

Prezident İlham Əliyev 3 qrumu ləğv etdi , 1 qrum yaratdi

22 İyul 2026 / 17:16
1
Ahbap cinayət təşkilatının istintaqında yeni faktlar

Ahbap cinayət təşkilatının istintaqında yeni faktlar

22 İyul 2026 / 16:58
1
Tarif Şurası bir sıra dərman vasitələri üzrə qiymətləri müəyyənləşdirib

Tarif Şurası bir sıra dərman vasitələri üzrə qiymətləri müəyyənləşdirib

22 İyul 2026 / 16:07
2
Zelenski Rusiyadakı logistika mərkəzlərinə hücumlar həyata keçirdiklərini açıqlayıb

Zelenski Rusiyadakı logistika mərkəzlərinə hücumlar həyata keçirdiklərini açıqlayıb

22 İyul 2026 / 15:58
17
Antalyada meşə yanğını baş verib

Antalyada meşə yanğını baş verib

22 İyul 2026 / 15:53
7
Prezident İlham Əliyev:”Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər”

Azərbaycan və Sudan diplomatik pasportlar üçün vizanı ləğv etdi

22 İyul 2026 / 15:39
1
Çin və Rusiyanın Ukrayna məsələsində mövqeləri necə uzlaşır?

Lavrov:”Rusiya İranı silahla təmin etmir”

22 İyul 2026 / 13:42
2
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

22 İyul 2026 / 13:03
2
Arzum(İlduzə Hacıyeva) ev dustaqlığına buraxıldı

Arzum(İlduzə Hacıyeva) ev dustaqlığına buraxıldı

22 İyul 2026 / 12:52
2
Hikmət Hacıyev: “44 günlük Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi göstərdi”

Hikmət Hacıyev: “44 günlük Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi göstərdi”

22 İyul 2026 / 12:43
5
Fransa 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə daxil olmasını qadağan edir

Fransa 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə daxil olmasını qadağan edir

22 İyul 2026 / 12:26
16
Türkiyədə təlim helikopteri qəzaya uğrayıb

Türkiyədə təlim helikopteri qəzaya uğrayıb

22 İyul 2026 / 12:16
5
Türkiyədə narkotik tacirlərinə paylanacaq narkotiklər ələ keçirildi

Türkiyədə narkotik tacirlərinə paylanacaq narkotiklər ələ keçirildi

22 İyul 2026 / 12:04
4
Baş Nazir Əli Əsədov yeni qərar imzaladı

Baş Nazir Əli Əsədov yeni qərar imzaladı

22 İyul 2026 / 11:39
8
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə basladi

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə basladi

22 İyul 2026 / 11:26
13
Güclü YANĞIN: Pəncərədə kömək gözləyən şəxslər son anda xilas edildi – VİDEO

Güclü YANĞIN: Pəncərədə kömək gözləyən şəxslər son anda xilas edildi – VİDEO

22 İyul 2026 / 11:06
9
Prezident İlham Əliyevin Almaniya səfəri dünya mediasının diqqət mərkəzində

Prezident İlham Əliyevin Almaniya səfəri dünya mediasının diqqət mərkəzində

22 İyul 2026 / 10:48
12
Tramp Canni İnfantinonun BMT-nin baş katibi olmağını istəyir

Tramp Canni İnfantinonun BMT-nin baş katibi olmağını istəyir

22 İyul 2026 / 10:04
6
Nigar Rüstəmliyə yeni vəzifə verildi

Nigar Rüstəmliyə yeni vəzifə verildi

22 İyul 2026 / 9:46
10
Əməkdar artist Elnarə Abdullayevaya ağır itki -Foto

Əməkdar artist Elnarə Abdullayevaya ağır itki -Foto

22 İyul 2026 / 9:35
2
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

WSJ:Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstəyini nəzərdə tutan sazişi təsdiqləyib

22 İyul 2026 / 9:26
6
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat edib

Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat edib

22 İyul 2026 / 9:21
12
Rusiyanın Zaporojye AES-lə bağlı planları baş tutmadı

Rusiyanın Zaporojye AES-lə bağlı planları baş tutmadı

22 İyul 2026 / 9:15
11
Tofiq Zülfüqarov:”Ermənistan niyə əmlakımızı qaytarmır”

Tofiq Zülfüqarov:”Ermənistan niyə əmlakımızı qaytarmır”

22 İyul 2026 / 9:08
16
Volodimir Zelenski Generalı Baş Komandan təyin etdi

Volodimir Zelenski Generalı Baş Komandan təyin etdi

22 İyul 2026 / 8:55
4
Həbsxanaya narkotik keçirən Pisik yaxalandi

Həbsxanaya narkotik keçirən Pisik yaxalandi

22 İyul 2026 / 8:43
8
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

FHN:Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

22 İyul 2026 / 8:18
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.