10 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Bu bizim tariximizdir”: Şeyx Heydər türbəsinin bərpasına çağırış

Avqust 11, 2026
Cəmiyyət
A A

Son günlərdə Şah İsmail Xətai ilə bağlı səsləndirilən fikirlər böyük müzakirələrə səbəb olub. Heç bir fikirlərə münasibət bildirmədən, polemika açmadan deyə bilərik ki, Şah İsmail Xətai bu məmləkətin böyük oğlu, görkəmli sərkərdəsi, böyük şairi olaraq həm də bir tarixidir. Onun adı Səfəvilər dövlətinin qurulması, İslam dünyasında şiəliyin yayılması, eləcə də Azərbaycan dilinin dövlət səviyyəsində nüfuz qazanması kimi önəmli hadisələrlə assosiasiya olunur.

Biz tariximizi sözsüz ki, bilməli, ondan dərs almalı və ona mütləq mənada hörmətlə yanaşmalıyıq. Bir çox xalqlar uydurma hekayələrlə yalançı da olsa tarix yaradırlar və dünyaya təqdim edirlər. Biz isə olan tariximizi, sözün əsil mənasında həqiqi və şərəfli tariximizi heç vaxt şübhə altına qoymamalıyıq.

Təbriz həmişə azərbaycanlılar üçün müqəddəs şəhər olub. Azərbaycan (Böyük Azərbaycan) deyən kimi o dəqiqə əsil azərbaycanlının əqlinə Təbriz gəlir. Şah İsmailin özünü Təbrizdə şah elan eləməsi özü onun əsil türk və azərbaycanlı olmasını göstərir.

Azərbaycan tarixində dərin iz qoymuş şəxsiyyətlərdən olan Şah İsmayıl Xətai, yalnız böyük bir sərkərdə və dövlət xadimi kimi deyil, həm də öz dövrünün görkəmli mədəniyyət və ədəbiyyat nümayəndəsi kimi tanınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətainin əsərləri Azərbaycan Respublikasının dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Azərbaycan Respublikasının Ali hərbi ordeni olan “Şah İsmayıl” ordeninin təsis edilməsinin özü isə bizim gələcəkdə daha böyük qələbələrimizdən xəbər verir.

-Mən bu gün məsələlərə başqa könteksdən yanaşmaq istəyirəm. Belə ki, 2020-ci ilin sentyabr ayının 26-da mən Milli Məclisin Deputatı olaraq iki Komitə sədri- Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri hörmətli Sadiq Qurbanov və Mədəniyyət Komitəsinin sədri mərhum Qənirə Paşayeva ilə birlikdə Siyəzən rayonu ərazisindən Xızı dağlarına tərəf, Şah İsmail Xətainin atası Şeyx Heydərin məqbərəsinə yollandıq. Beşbarmaq Pirindən sonra dağlarla yolsuzluq şəraitində təxminən 30-35 kim yol qət elədik. Böyük sərkərdənin, 300 ilə yaxın mövcud olmuş bir imperiyanın banisi-Şah İsmayıl Xətainin atası Şeyx Heydərin məqbərəsinin acınacaqlı vəziyyətini görəndə böyük sarsıntı keçirməyə bilməzdik. Halımızı dəyişən digər səbəb isə içimizdən gələn, özümüz istəmədən, bizdən asılı olmayan narahatedici, bir qədər də kövrək sevincli bir intuisiya idi. Belə ki, acınacaqlı vəziyyətə ürək ağrısı ilə tamaşa etdiyimiz bir zamanda vətənin digər tərəfində bu torpaqların işğaldan azad edilməsinə qarşi tarixi savaşa hazırlıq gedirdi. Bir neçə saatdan sonra, sentyabrın 27-də Şanlı Azərbaycan Ordusu böyük Zəfərə gedən döyüşə başladı. Elə bil ziyarətimiz böyük sərkərdənin ruhu oyandı və bu millət yenə öz tarixi torpaqlarına qovuşdu.

-Şah İsmayıl Xətainin atası- Şeyx Heydər 1488-ci ildə Şirvan ərazilərinə hücum edərək, Tabasaran əyalətində məqlubiyyətə uğrayır. Hər iki qoşun arasında döyüş tarixi mənbələrə görə Qafqaz dağlarının ətəklərində gedib. Şirvanşah Fərrux Yasarla döyüşdə məğlub olan Şeyx Heydər elə öldüyü yerdə də dəfn olunub. Şirvanşahın müttəfiqi Yaqub ibn Uzun Həsənin təkidi ilə Fərrux Yasar – Şeyx Heydərin başını bədənindən ayıraraq, edam edir və cəsədini dəfn etdirir.

Atası Şeyx Heydərin öldürülməsindən sonra taxta çıxmış oğlu Şah İsmayıl Şirvana hücum edərək Şirvanşah Fərrux Yasarı öldürmüş, qoşununu darmadağın etmişdi.

-Şah İsmayıl Xətai döyüşlərdə öldürülüb, başı kəsilən atası Şeyx Heydərin məzarını uzun zaman axtardıqdan sonra burda tapmışdır və atasının məzarı üstündə türbə tikimişdir.

-Azərbaycan tarixşunaslığında Şeyx Heydərin Şahdağ yaxında öldürüldüyü qeyd olunur. Lakin bəzi yerli rəvayətlərə görə o döyüşdən yaralı qayıdarkən Beşbarmaq yaxınlığında vəfat etmiş və vəfat etdiyi yerdə də dəfn olunmuşdur. Məhz dəfn olunduğu yerdə sonralar onun müridlərindən 7 ailə məskən salmış və şeyxin məzarı üzərində inşa edilmiş türbədə xidmətlərini davam etdirmişlər. Bəzi mənbələrdəki yazılara görə qədimdə bu ərazidə mövcud olmuş Təkəli və Şıxlar kəndləri məhz həmin ailələr tərəfindən salınmış hesab olunur.
Türbə Siyəzən rayonu, qədim Şıxlar qalıqlarından 200 metr qərbdə köhnə kənd qəbirstanlığının içərisindədir. Türbə demək olar ki, uçulub dağılmış, ortada qəbir və qəbrin ətrafında yerli daşlardan hörülmüş bir metr hündürlüyündə türbə divarları qalmışdır.

Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur.

Sonralar Şirvanşahdan qisasını alan Şah İsmayıl Səfəvi atasının nəşini Şirvandan vətənə gətirir və indiki Meşkin şəhrdə möhtəşəm türbədə dəfn edir. Bir qədər sonra, Şeyx Heydərin nəşi bu türbədən də çıxarılaraq, Ərdəbildəki Səfəvilər ocağı kompleksində dəfn edilir.

Əziz həmvətənlər!

Hesab edirəm ki, Şah İsmail Xətai haqqında bu müzakirələr sonuncu olar. Bu bizim tariximizdir. Yaxşısı da, pisi də bizimdir.

-Bu gün isə əsas məsələ Şeyx Heydərin harda dəfn edilməsi deyil, Şah İsmayıl Xətai tərəfindən tikilən Türbənin bu günkü vəziyyətidir.

Bununla bağlı vaxtı ilə Milli Məclisin Mədəniyyət Komitəsi tərəfindən Mədəniyyət Nazirliyinə müraciət olundu. Bu gün isə mənim “Şeyx Heydər” türbəsinin vəziyyəti ilə bağlı məlumatım yoxdur və onun bərpası ilə bağlı da heç bir informasiyaya rast gəlməmişəm. Yəqin ki elə olduğu kimi də qalır. Bu gün mənim bu yazım elə müvafiq qurumlara, əsasən də Mədəniyyət Nazirliyinə müraciət kimi, bu sahədə təşəbbüs kimi də qəbul edilə bilər ki, bu böyük şəxsiyyə və tariximizə hörmət olaraq “Şeyx Heydər” türbəsini bərpa etsinlər. Və əminəm ki, bərpa olunduğu təqdirdə dövlətçilik şüurunun inkişafı, gənc nəslin milli ruhda tərbiyəsi baxımından bütün Azərbaycanlıların ziyarət yeri olacaqdır.

İltizam Yusifov,
Milli Məclisin VI çağırış deputatı




Əvvəlki Yazı

Voronej vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu terror aktı kimi tanınıb

Növbəti Yazı

Birinci xanım Ərdoğana Dünya İqtisadi Forumundan xüsusi dəvət

XƏBƏR LENTİ

Rusiyalı turist Türkiyədə təcavüzə görə həbs edilib

Rusiyalı turist Türkiyədə təcavüzə görə həbs edilib

10 Sentyabr 2026 / 14:16
26
İspaniya tarixinin ən isti yayı keçirib

İspaniya tarixinin ən isti yayı keçirib

10 Sentyabr 2026 / 13:54
15
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyev İƏT-in Baş katibini təbrik edib

10 Sentyabr 2026 / 12:49
3
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“Tərəflər arasında bu məsələlərlə bağlı hər hansı ciddi razılaşmanın əldə olunması çətin görünür”

10 Sentyabr 2026 / 11:38
59
Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 87 nəfər itkin düşüb

Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 87 nəfər itkin düşüb

10 Sentyabr 2026 / 10:54
27
Xocalıda mina partlayışı baş verib- Xəsarət alan var

Xocalıda mina partlayışı baş verib- Xəsarət alan var

10 Sentyabr 2026 / 10:03
17
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

10 Sentyabr 2026 / 10:00
17
Şəkidə baş verən hadisə ilə bağlı cinayət işi başlanıb

Şəkidə baş verən hadisə ilə bağlı cinayət işi başlanıb

10 Sentyabr 2026 / 9:55
26
Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

Zərdab Sakinləri Rayon Polis Əməkdaşlarina Təşəkkür Etdilər

10 Sentyabr 2026 / 9:49
435
ABŞ prezidenti Tramp Respublikaçılar qalib gələrsə, amerikalılara 5 min dollar ödəyəcəyini vəd edir

ABŞ prezidenti Tramp Respublikaçılar qalib gələrsə, amerikalılara 5 min dollar ödəyəcəyini vəd edir

10 Sentyabr 2026 / 9:07
6
İranın şübhəli nüvə obyektində tikinti fəaliyyəti: ABŞ dərin bunkerlərə zərbələr endirməyi planlaşdırır

İranın şübhəli nüvə obyektində tikinti fəaliyyəti: ABŞ dərin bunkerlərə zərbələr endirməyi planlaşdırır

10 Sentyabr 2026 / 8:59
5
Trampın təyyarəsində fövqəladə sürüşmə böhran yaratdı

Trampın təyyarəsində fövqəladə sürüşmə böhran yaratdı

10 Sentyabr 2026 / 8:53
12
ABŞ hücum dalğasının tamamlandığını açıqladı

WSJ: İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

10 Sentyabr 2026 / 8:39
9
25 ailə Cəbrayılın Şukurbəyli kəndinə,  doğma yurduna qayıdır – Fotolar

25 ailə Cəbrayılın Şukurbəyli kəndinə,  doğma yurduna qayıdır – Fotolar

10 Sentyabr 2026 / 8:31
11
Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

09 Sentyabr 2026 / 16:02
2
Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

09 Sentyabr 2026 / 15:35
12
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyevdən Şarovskinin vəfatı ilə bağlı – Nekroloq

09 Sentyabr 2026 / 15:30
13
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ: Hörmüzdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir hərbi gəmi vurulmayıb

09 Sentyabr 2026 / 15:25
14
Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

09 Sentyabr 2026 / 14:50
15
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

09 Sentyabr 2026 / 14:42
12
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razı Nurullayev: “Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir”

09 Sentyabr 2026 / 13:11
74
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

09 Sentyabr 2026 / 12:24
9
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:”Ziddiyyətli və xurafatla qarışmış hədislər və Qurandan qeyri mətnlərlə heç bir nailiyyət əldə etmək olmaz”

09 Sentyabr 2026 / 10:56
71
İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

09 Sentyabr 2026 / 10:13
10
Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

09 Sentyabr 2026 / 9:23
1
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

09 Sentyabr 2026 / 9:04
22
Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

09 Sentyabr 2026 / 8:42
28
İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

09 Sentyabr 2026 / 8:36
25
Almaniyada AfD-nin tarixi seçki qələbəsindən sonra kütləvi etirazlar başlayıb

Almaniyada AfD-nin tarixi seçki qələbəsindən sonra kütləvi etirazlar başlayıb

09 Sentyabr 2026 / 8:25
23
Merkel: Ürəyim qan agladi

Merkel: Ürəyim qan agladi

09 Sentyabr 2026 / 8:02
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.