12 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb-İRİA

İyul 26, 2025
Araşdırma
A A

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub.

Avropa.info xəbər verir ki, bu barədə İRİA məlumat yayıb.

Bildirilib ki, agentliyin Nüvə tədqiqatları departamenti (NTD) tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş rayonların minadan və müharibənin partlamamış qalıqlarından təmizlənmiş ərazisində 4 ədəd sahibsiz və ya itirilmiş radioaktiv tullantı aşkar edilib.

2024-cü il ərzində İRİA NTD tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş 10 rayonun (Zəngilan, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Xocavənd, Ağdam, Laçın və Kəlbəcər rayonları, o cümədən Tərtər rayonunun Suqovuşan və Talış kəndləri) ərazilərində radioloji və radioekoloji tədqiqatlar aparılıb.

Zəngilan rayonun Mincivan qəsəbəsində keçmiş kimya birliyi ərazisində aşkar edilmiş tərkibində “²²⁶Ra” radioaktiv maddəsi olan bir ədəd əşyanın, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi ərazisində vurulmuş “T-72” düşmən tankının içərisindən yüksək alfa və qamma şüalanma mənbəyi olan “²⁴¹Am” radioaktiv materialının, Kəlbəcər rayonunun Zod kəndi ərazisində düşmən tərəfindən qanunsuz olaraq istismar olunan “Zod” qızıl zavodu ərazisində daxilində alfa və qamma şüalanma mənbəyi olan “²²⁶Ra” radioaktiv maddəsinin və Şuşa şəhərində “N” saylı hərbi hissənin Zenit Raket Batareyasının (ZRAB) avtoparkı ərazisində aşkar edilən radioaktiv izotop saxlayan naməlum cihaz hissəsinin radioloji, nüvə kriminalistik ekspertizası İRİA NTD tərəfindən həyata keçirilib.

Müfəssəl sahəvi plana uyğun olaraq yuxarıda adları qeyd olunan işğaldan azad olunmuş rayon və kənd yolları üzərində avtoqamma radiometrik-dozimetrik ölçmələr aparılıb. Avtomobil yollarının uzunluğu 1.462 km olmaqla, 546 590 nöqtədə avtoqamma radiometrik-dozimetrik ölçmələr yerinə yetirilib.

2024-cü il ərzində keçirilmiş monitorinq zamanı işğaldan azad olunmuş rayonların ərazisinin minadan və müharibənin partlamamış qalıqlarından təmizlənmiş kənd və qəsəbə yolları, planlaşdırılan dövlət əhəmiyyətli obyektlər – o cümlədən 110/35/10 kVt-lıq 7 yarımstansiya, 3 kiçik su elektrik stansiyası və 3 hava limanı ərazilərini əhatə etməklə – 64 planlaşdırılan dövlət əhəmiyyətli obyekt radioloji tədqiqata cəlb edilib.

Bu çərçivədə 5 625 nöqtədə piyada qamma dozimetrik ölçmələr aparılıb.

İşğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş sahibsiz və ya itirilmiş radioaktiv materiallar barəsində İRİA NTD ölkədə tənzimləyici qurum olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyini məlumatlandırıb və aidiyyəti qaydada utilizasiya olunması üçün FHN-in İzotop Xüsusi Kombinatına təhvil verib.

İşğaldan azad olunmuş ərazilərdə radioaktiv materialların gələcəkdə də aşkar edilməsi ehtimalı nəzərə alınaraq, NTD tərəfindən nəzarətdən kənar və qanunsuz dövriyyə nəticəsində aşkar edilmiş nüvə və radioaktiv materialların tədqiqi və uçotu məqsədilə Nüvə Tədqiqatları Kitabxanasının Məlumat Bazası yaradılıb.

İRİA “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın “İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji tədqiqatların aparılması” adlı 6.1.1 bəndi üzrə işləri 2026-cı ilədək davam etdirir.

Əvvəlki Yazı

İstanbulda mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 21 həbs

Növbəti Yazı

TAYFUN BLOK-4 sınaq atışlarına hazırlaşır

XƏBƏR LENTİ

Qəzzada İsrailin qanlı hücumu nəticəsində dağılan evin dağıntıları altından 13 fələstinlinin cəsədi çıxarılır

Qəzzada İsrailin qanlı hücumu nəticəsində dağılan evin dağıntıları altından 13 fələstinlinin cəsədi çıxarılır

12 Avqust 2026 / 9:17
2
Prezident İlham Əliyev: “Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib”-Video

Prezident İlham Əliyev: “Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib”-Video

12 Avqust 2026 / 8:51
5
Prezident İlham Əliyev:”Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir”

Prezident İlham Əliyev:”Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir”

12 Avqust 2026 / 8:45
15
Selin apardığı azyaşlı xilas oldu-Video

Selin apardığı azyaşlı xilas oldu-Video

12 Avqust 2026 / 8:27
10
ABŞ İrana hücumlarını dayandırdı: Tehran danışıqlar iddiasını rədd edir

ABŞ-ın “İrana qarşı tətbiq etdiyi blokadanı yarmağa çalışan gəmiyə atəş açdığı” iddiası

11 Avqust 2026 / 19:45
4
Bakıda Dəhşətli Qətl-Oğul anasını öldürüb həyətdə basdırdı

Bakıda Dəhşətli Qətl-Oğul anasını öldürüb həyətdə basdırdı

11 Avqust 2026 / 18:40
6
Bərdə rayonunda əkin sahəsindən qadın meyiti tapıldı

Lənkəran rayonunda meşədə iki meyit tapıldı

11 Avqust 2026 / 18:31
19
Nazir Kəmaləddin Heydərov mərhum vəkil İsaxan Aşurovun oğluna vəzifə verdi

Nazir Kəmaləddin Heydərov mərhum vəkil İsaxan Aşurovun oğluna vəzifə verdi

11 Avqust 2026 / 17:17
11
Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə gəlir

Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə gəlir

11 Avqust 2026 / 16:46
13
Behnam Səidi: “Hörmüz boğazı İrana qarşı təhdidlər bitənə qədər bağlı qalacaq”

Qətər: Oman və İran arasında Hörmüz boğazı danışıqlarında irəliləyiş əldə olunub

11 Avqust 2026 / 16:41
3
Gənclər Kitabxanasında Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb

Gənclər Kitabxanasında Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb

11 Avqust 2026 / 16:34
51
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

11 Avqust 2026 / 16:12
2
Prezident Ərdoğanı təhqir edən və təhdid edən videoda 1 nəfər həbs edilib

Prezident Ərdoğanı təhqir edən və təhdid edən videoda 1 nəfər həbs edilib

11 Avqust 2026 / 14:26
13
Fransanın 43 əyalətində istilər səbəbindən xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib

Fransanın 43 əyalətində istilər səbəbindən xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib

11 Avqust 2026 / 14:22
13
“Reuters” demokratların Tramp üçün impiçmentə alternativ hazırladığını öyrənib

Tramp: İrana qarşı danışıqlar, hərbi və iqtisadi təzyiq variantlarımız var

11 Avqust 2026 / 14:19
24
Zaqatalada rayonunda TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var

Zaqatalada rayonunda TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var

11 Avqust 2026 / 14:15
10
Qəzada həlak olan Rəşad Mütəllibovun avqustun 28-də toyu olacaqmış…-Balakəndəki qəzanın təfərrüatı

Qəzada həlak olan Rəşad Mütəllibovun avqustun 28-də toyu olacaqmış…-Balakəndəki qəzanın təfərrüatı

11 Avqust 2026 / 14:04
31
Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

Birinci xanım Ərdoğana Dünya İqtisadi Forumundan xüsusi dəvət

11 Avqust 2026 / 12:21
8
Sabiq deputatdan Azərbaycan futbolu haqqında sərt reaksiya: Azərbaycan futbolu Santuşluq prinsipindən əl çəkilməlidir

“Bu bizim tariximizdir”: Şeyx Heydər türbəsinin bərpasına çağırış

11 Avqust 2026 / 11:34
27
Voronej vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu terror aktı kimi tanınıb

Voronej vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu terror aktı kimi tanınıb

11 Avqust 2026 / 11:32
13
Türkiyədə fabrik yanğını: Göy qaraldı

Türkiyədə fabrik yanğını: Göy qaraldı

11 Avqust 2026 / 11:07
6
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razı Nurullayev: “400-600 Manatlıq Əməkhaqqı İlə Ailə Saxlamaq Çətindir”

11 Avqust 2026 / 10:33
133
Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 132-yə yüksəlib

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 132-yə yüksəlib

11 Avqust 2026 / 9:46
10
Samux rayonunda Kürdə batan 17 yaşlı qızın meyiti tapıldı

Dənizdə da bir gənçin meyidi tapildi

11 Avqust 2026 / 9:39
6
Liviyanın daha bir Generalı sui-qəsd nəticəsində öldürüldü

Liviyanın daha bir Generalı sui-qəsd nəticəsində öldürüldü

11 Avqust 2026 / 9:34
17
ABŞ və İran arasında Hörmüz boğazı gərginliyi: Trampdan müharibə təzminatı tələbi

ABŞ və İran arasında Hörmüz boğazı gərginliyi: Trampdan müharibə təzminatı tələbi

11 Avqust 2026 / 9:28
9
İngiltərədəki bir radio stansiyası səhvən Kral Çarlzın öldüyünü elan etdi

İngiltərədəki bir radio stansiyası səhvən Kral Çarlzın öldüyünü elan etdi

11 Avqust 2026 / 9:21
5
Məmmədli dairəsində güclü yanğın baş verib-Video

Rusiya Zaporojyeyə raket zərbələri endirib-Ölənlər var

11 Avqust 2026 / 9:14
8
BDYPİ sürücülərə qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

BDYPİ sürücülərə qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

11 Avqust 2026 / 9:09
6
Haaretz: İsrail 1700 fələstinlinin cəsədini “sövdələşmə” kimi saxlayır

Haaretz: İsrail 1700 fələstinlinin cəsədini “sövdələşmə” kimi saxlayır

11 Avqust 2026 / 9:05
4
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.