13 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

İyul 2, 2025
Araşdırma
A A

Dil insanlar arasında ünsiyyət və kommunikativ  vasitə olmaqdan başqa  həm də onun daşıyıcısı və mənsub  olduğu etnosun milli – mənəvi dəyərlərinin, kimliyinin  qorunub saxlanılmasında ən təsirli vasitələrdən, etibarlı saxlanclardan biri hesab olunur. Əslində dil  xalqın keçdiyi  inkişaf tarixi ilə qoşa addımlayan, belə bir təkamül prosesinin  ayrı-ayrı mərhələlərini özündə cəmləşdirən   qeyri-adi mədəniyyət faktoru və  linqvistik hadisədir. 

Dildə  mədəni-tarixi inkişafın  ən dərin qatlarını və mərhələlərini və eyni zamanda müasir səviyyəsini izləmək mümkündür. Bu  baxımdan dil sözün geniş mənasında ümumfiloloji bir mahiyyət daşımaqla yanaşı, həm də milli tarixi yaddaşın və  bir küll halında xalqın tarixi təcrübənin  yazıda maddiləşən salnaməsinin yaradılmasında son dərəcə mühüm   bir funksiyanı yerinə yetirən  sahə olduğunu    diqqətdən kənarda saxlamaq olmaz.

Dilin ədəbi-bədii düşüncənin inkişafında, özünü ifadə imkanlarının gerçəkləşməsində rolunu burada xüsusi vurğulamaq lazımdır. Doğrudan da, dil ədəbiyyatın tikinti materialıdır tezisi əbəs yerə işlədilməyib. Ancaq  belə  bir tezisə qarşı bir anti-tezis də irəli sürmək olar: dil yalnız ədəbiyyatın tikinti materialıdırmı? Belə  bir yanaşma  dilin  digər sahələrdə və çevrələrdə işlənilmə səviyyəsini mədudlaşdırmı?

Əslində, dil birmənalı şəkildə elmin, sənətin, yaradıcılığın bütün sahə və istiqamətlərində fəal şəkildə işlənilən, geniş  bir şəbəkəni çevrələmək gücündə olan  bir anlayışdır.

Əvvəllər  dilə real praktik şüur kimi yanaşılan  təriflərdə onun  insan təfəkkürünün, şüur və düşüncəsinin əsas göstəricisi olması barədə irəli sürülən məlum mülahizələri büsbütün inkar etmək də doğru olmazdı. Düzdür,  belə  bir dəyərləndirmədə dilin  bütün  mahiyyəti təfsilatı ilə özünün ifadəsini tapmırdı. Ancaq  bununla belə,  burada dilə məxsus vacib bir xüsusiyyətin  obyektiv izahını  tapdığını aydın şəkildə görmək mümkündür.

Onu da qeyd etmək lazımdır ki, dillə bağlı müzakirələr zaman-zaman aparılmış, çalın-çarpaz  disskusiya və polemikalar əsasən dilin çağdaş vəziyyəti, onun saflığının, ilkinliyinin qorunub saxlanılması, yad təsirlərdən hifz olunması bir qayda olaraq ön plana  çıxarılmışdır.

Vaxtilə məşhur pedaqoq, ədəbiyyat tarixçisi və tənqidçi Firidun bəy Köçərli  1913-cü ildə qələmə aldığı “Ana dili” adlı məqaləsində dillə bağlı müzakirələrdə qaldırılan  problemlərdən  bəhs edərək yazırdı: “Xeyli vaxtdır  ki, dil məsələsi məhəlli-müzakirəyə qoyulub, onun  üstündə məclislərdə, qəzet sütunlarında və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən ədəbi dili tərif edib, onu sair yerlərdə işlənən türk dillərinə  tərcih verir, kimi Azərbaycan türklərinin şiveyi-lisanını bəyənib, onun  tərəfini saxlayır. Bir  paraları da İbn-Yafəs kimi türklər üçün ümumi bir dil təsis etmək fikrindədirlər ki, hər yerdə o dildə danışılıb yazılsın.”

Təbii ki, cəmiyyətdə, ictimai-siyasi, sosial-iqtisadi həyatda baş verən dəyişikliklər, yeniliklər dilə də təsirsiz ötüşmür. Dil  bu intəhasız  proseslərin içərisində öz imkanlarını, lüğət fondunu, leksik-qramatik quruluşunu inkişaf etdirməyə doğru istiqamətlənmişdir.

Belə  prosesləri dünya dillərinin tarixi təcrübəsində də yaxından izləmək mümkündür.  Bu mənada  dillər arasında inteqrasiya, dil əlaqələri və münasibətləri heç də dominant və statik səviyyədə dayanmamış, lüğət  fondunun  zənginləşməsində  zərurət üzündən ayrı-ayrı dillərdən söz, leksik vahidlər almaq məcburiyyətində qalmışdır. Dil mübadiləsinin  belə  bir qaçılmaz şəkil alması  dünyada   “təmiz dil” anlayışı ideyasını büsbütün inkarını gündəmə gətirir.  Bu, hətta eyni dil ailəsinə mənsub olan qohum dillərdə də müşahidə olunan  bir haldır.

Türk dilləri içərisində özünəməxsus inkişaf yolu keçən dillərdən  biri olan Azərbaycan dili (Azərbaycan türkcəsi) uzun müddət  mənsub olduğu coğrafiyada yaşayan xalqların dilləri ilə təmasda olmuş, Şərq-müsəlman dünyasının aparıcı  dillərindən olan ərəb, fars dillərinin təsiri ilə  özünün lüğət tərkibinə  yeni sözlər daxil etmişdir.

Başqa bir  faktı da burada xatırlatmaq lazımdır. Belə ki, fars dili orta əsrlərdə Şərq xalqları arasında  şeir dili kimi formalaşaraq bir ənənə halına çevrilmiş, türk-Azərbaycan əsilli sənətkarların bir çoxu  bu dildə  böyük ədəbi hadisəyə çevrilən  əsərlər yaratmışlar. Əfzələddin Xaqani Şirvanidən və Nizami Gəncəvidən başlanan bu ənənəni əsrlər boyu davam etdirən  şairlərin  bu dildə əsərlər yazması onların öz doğma dillərindən imtina etməsi və ya onların mənsub olduqları dilin ifadə imkanlarının  məhdudluğu kimi izah oluna  bilməz. Eyni vəziyyəti  elm dili olan ərəb dilinə münasibətdə də izləmək olar.

Ərəb istilasından və islam dininin yayılmasından dolayı türk dillərinə  ərəb sözlərinin və izafət birləşmələrinin   işləklik qazanması,   bilavasitə istila faktı ilə  bağlı idi. Ərəblər eyni zamanda islam mədəniyyətini və dilini  də qəbul etdirməkdə israrlı idilər. Bunun nəticəsi olaraq Azərbaycan və digər türk mənşəli dillərin lüğət fonduna çoxsaylı sözlər daxil oldu.

Daha  sonralar baş verən ictimai-siyasi proseslər – Azərbaycanın ikiyə bölünməsi, sovet istilası, yeni ədəbiyyat və dil siyasəti, elmi-texniki yeniliklər nəticəsində slavyan-rus və Avropa mənşəli sözlərin anlayış və terminlərin Azərbaycan türkcəsinə “çağrılmamış qonaq kimi daxil olması”na rəvac verildi.

Firidun bəy Köçərlinin  həyəcan təbili kimi səsləndirdiyi mülahizələr  bu gün də Azərbaycan dili üçün aktual bir problem kimi önə çəkilməkdədir.  Azərbaycanın milli müstəqilliyinin  ilk illərindən  elan olunan bir təkif – ortaq əlifba və dil məsələsinin tam şəkildə həyata keçirilməsi ideyası hələ də öz həllini gözləməkdədir. Əgər  biz  türk birliyindən əməkdaşlıq və qardaşlığından bəhs ediriksə, onu  bir millət, iki dövlət adlandırırıqsa, nə üçün  bizim şəhərimizlə yanaşı, az qala qəsəbə və kəndlərimizin müəssisə və təşkilatlarının adlarına, küçə rekamlarına, lövhələrinə mənşəyi və mənası  çoxlarına məlum olmayan sözlər çıxarılır?

Bu, heç də dil əlaqələrinin  inteqrasiya hadisəsi kimi başa düşülməməlidir, əksinə, milli yaddaşın daşıyıcısı olan dilin  sıxışdırılması və onun porensial imkanlarından istifadə etməkdən imtina edilməsindən  başqa bir şey deyil.

Reklam  və ad göstəricilərində sovet dönəmində geniş yer alan lövhələrin ingilis dilində yerilməsi başa düşüləndir. Bəs ingilis dilinin  az qala uşaq bağçasından ali məktəblərə qədər geniş şəbəkəsinin yaradılması Azərbaycan dilinin sıxışdırılması deyilmi? Biz  çoxlu dil bilməyin əleyhinə deyilik. O da başa düşüləndir ki, ingilis dili  beynəlxalq statusa malik bir dildir. Dünyaya  çıxış üçün bu dilin geniş imkanlar yaratması da günün real həqiqətlərindəndir. Ancaq  belə  geniş imkanlara sahiblənən hər hansı bir dilin  digər milli dilləri sıxışdırılmasına heç bir vəchlə imkan verilməməlidir.

İndi  dillə bağlı “Qaynar xətt”lərin və monitorinqlərin  keçirilməsi də Azərbaycan dilini  mövcud təhlükələrdən  qoruyacağına ümid  bəsləmək olmaz.

Dili xilas etməyin  həlli  yollarının axtarılması yəqin ki, onun daşıyıcıları olan xalqa həvalə olunmalıdır. Mətbuat səhifələrində, radio-televiziya və saytlarda dili qayğılandıran  problem məsələlərə geniş yer ayrılmasına xüsusi diqqət yetirilməlidir.

Dilin sahibi xalqdır, onun saflığı, yad təsirlərdən qorunması müdafiəsinə  qalxmaq səlahiyyətinin xalqdan başqa bir quruma verilməsinin nəticə verməyəcəyi dəfələrlə sınaqdan  çıxıb. Yenə nicat yolunu xalqda axtarmaq lazımdır.

Qürbət Mirzəzadə,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AYB-nin və AJB-nin üzvü

 

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” adlı layihəsi çərçivəsində çap olunur.

 

 

 

Əvvəlki Yazı

Polis Günü: Azərbaycanın keşikçiləri haqqında düşüncələr

Növbəti Yazı

Ersin Tatar Azərbaycana gəlib – FOTO

XƏBƏR LENTİ

Qaradağ ərazisində dənizdə 2 qadın batib

Mingəçevirdə Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı

13 Avqust 2026 / 9:16
0
Son ABŞ hərbçisi İraqı bu tarixdə tərk edəcək

Son ABŞ hərbçisi İraqı bu tarixdə tərk edəcək

13 Avqust 2026 / 9:14
1
Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ-in səfirini ölkədən çıxarmağa çağırir

Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ-in səfirini ölkədən çıxarmağa çağırir

13 Avqust 2026 / 8:57
9
Zelenski Kiyev bölgəsinə edilən hücumlarda ölənlərin sayının 17-yə yüksəldiyini açıqlayıb

Zelenski ABŞ-dan daha çox Patriot raketləri tələb edib

13 Avqust 2026 / 8:19
11
Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

13 Avqust 2026 / 8:15
1
NASA yayımında Krımı Rusiyanın tərkibində göstərib

NASA yayımında Krımı Rusiyanın tərkibində göstərib

13 Avqust 2026 / 8:00
7
Kiyevin dəyişmək istəmədiyi əsir götürülmüş 224 ukraynalının tam siyahısı açıqlanıb

Kiyevin dəyişmək istəmədiyi əsir götürülmüş 224 ukraynalının tam siyahısı açıqlanıb

13 Avqust 2026 / 7:54
6
Alaudinov: Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk şəhərlərini azad etmək üçün ağır iş gözləyir

Alaudinov: Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk şəhərlərini azad etmək üçün ağır iş gözləyir

13 Avqust 2026 / 7:35
13
Bakıda mağazada güclü yanğın baş verib

Bakıda mağazada güclü yanğın baş verib

13 Avqust 2026 / 7:26
9
Behnam Səidi: “Hörmüz boğazı İrana qarşı təhdidlər bitənə qədər bağlı qalacaq”

İran: İranın şərtləri qəbul olunmayana qədər Hörmüz boğazı açılmayacaq

13 Avqust 2026 / 7:13
11
Hakan Fidan: “Liviyada vasitəçi rolumuzu oynamağa davam edəcəyik”

Hakan Fidan: “Liviyada vasitəçi rolumuzu oynamağa davam edəcəyik”

13 Avqust 2026 / 7:00
10
Tural İrfan:“Netanyahunun Məqsədi Sülh Deyil…”

Tural İrfan:“Əliyev və Pezeşkianın Görüşləri İkiölkəli Əlaqələrə Yeni Təkan Verir”

13 Avqust 2026 / 6:47
40
Tümendən Bakıya uçan təyyarə təcili eniş etdi 

Tümendən Bakıya uçan təyyarə təcili eniş etdi 

12 Avqust 2026 / 22:42
17
Bakıda avtobusda güclü yanğın baş verib-Video

Bakıda avtobusda güclü yanğın baş verib-Video

12 Avqust 2026 / 22:35
7
Narkotik aludəçisi olan Ana övladını zəncirləyib?-Açiqlama

Xocavənddə mina partlayışında yaralanan şəxslərin vəziyyəti açıqlandi

12 Avqust 2026 / 22:28
7
“Reuters” demokratların Tramp üçün impiçmentə alternativ hazırladığını öyrənib

ABŞ prezidenti Trampa qarşı Truth Social postlarına giriş xidmətlərini satdığına görə məhkəmə açılıb

12 Avqust 2026 / 22:01
8
AzTV-nin əməkdaşı dənizdə boğuldu – Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğuldu – Fotolar

12 Avqust 2026 / 21:43
18
Abbas: Fələstin xalqının davasına verdiyi dəstəyə görə Türkiyə Respublikasına təşəkkür edirəm

Abbas: Fələstin xalqının davasına verdiyi dəstəyə görə Türkiyə Respublikasına təşəkkür edirəm

12 Avqust 2026 / 19:55
5
Livan ordusu: İsrailin hücumları bizim yerləşdirməmizə və geri qayıtmağımıza mane olur

Livan ordusu: İsrailin hücumları bizim yerləşdirməmizə və geri qayıtmağımıza mane olur

12 Avqust 2026 / 19:49
19
Canlı yayımda insanları söyən tiktoker həbs edildi

Canlı yayımda insanları söyən tiktoker həbs edildi

12 Avqust 2026 / 19:44
14
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razı Nurullayev:“Sahibkara Yalnız ‘Vergi Ödəyən Şəxs’ Kimi Baxmaq Düzgün Deyil”

12 Avqust 2026 / 19:35
108
Banqladeşdə qızılca epidemiyasında ölən uşaqların sayı 885-ə yüksəlib

Banqladeşdə qızılca epidemiyasında ölən uşaqların sayı 885-ə yüksəlib

12 Avqust 2026 / 18:36
13
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov:“Hədəf Tarixi Yaddaşı və Milli Kimliyi Sarsıtmaqdır”

12 Avqust 2026 / 17:24
76
Rusiyadan Telegram və Google-a 26 milyon rubl cərimə

Rusiyadan Telegram və Google-a 26 milyon rubl cərimə

12 Avqust 2026 / 16:25
17
Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş material hazırlanıb

Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş material hazırlanıb

12 Avqust 2026 / 16:17
25
Azərbaycan siqaretini Rusiya ölkəyə buraxmadı-qaçaqmalçiliq iddiası

Azərbaycan siqaretini Rusiya ölkəyə buraxmadı-qaçaqmalçiliq iddiası

12 Avqust 2026 / 15:56
8
Meşədə tapılan meyitlərə görə cinayət işi başlanıb

Meşədə tapılan meyitlərə görə cinayət işi başlanıb

12 Avqust 2026 / 15:46
16
Cənubi Koreya ordusu şəxsi heyətin sayı azaldıqca süni intellekt və robot texnologiyalarına müraciət edir

Cənubi Koreya ordusu şəxsi heyətin sayı azaldıqca süni intellekt və robot texnologiyalarına müraciət edir

12 Avqust 2026 / 13:45
7
ABŞ və İran arasında Hörmüz boğazı gərginliyi: Trampdan müharibə təzminatı tələbi

Pakistan ABŞ və İranı danışıqlar masasına oturtmaq üçün səylərini davam etdirir

12 Avqust 2026 / 13:40
7
Zelenski Kiyev bölgəsinə edilən hücumlarda ölənlərin sayının 17-yə yüksəldiyini açıqlayıb

Zelenski: Biz Rusiyanın Novorossiysk hərbi dəniz bazasına hücum həyata keçirdik

12 Avqust 2026 / 13:29
14
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.