13 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Azərbaycan dili – Tariximizin səsi, gələcəyimizin təminatı

İyul 28, 2026
Araşdırma
A A

Hər bir xalqın tarixini yaşadan, milli yaddaşını qoruyan və gələcək nəsillərə ötürən ən mühüm mənəvi dəyər onun ana dilidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın dünyagörüşünü, milli düşüncə tərzini, mədəniyyətini, ədəbiyyatını və dövlətçilik ənənələrini özündə yaşadan zəngin xəzinədir. Minilliklər boyu formalaşan bu mənəvi sərvət xalqın varlığının əsas dayaqlarından biri kimi çıxış edir. Azərbaycan xalqı da bütün tarixi boyunca öz ana dilini milli varlığının ayrılmaz hissəsi hesab etmiş, onun qorunması və inkişafını dövlətçilik ideyasının mühüm istiqamətlərindən biri kimi qiymətləndirmişdir.

Məhz buna görə də hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü təkcə təqvimdə əlamətdar tarix deyil. Bu gün ana dilimizin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin, milli-mənəvi dəyərlərimizin qorunmasına verilən önəmin və müstəqil dövlətçilik ənənələrimizin təntənəsinin rəmzidir. Bu tarix hər bir azərbaycanlıya xatırladır ki, ana dilinin yaşadılması xalqın tarixinin, mədəniyyətinin və milli kimliyinin qorunması deməkdir.

Azərbaycan dili zəngin inkişaf yolu keçmiş qədim dillərdən biridir. Onun formalaşması əsrlərlə davam etmiş, müxtəlif tarixi mərhələlərdə xalqımızın ictimai-siyasi və mədəni inkişafı ilə paralel zənginləşmişdir. “Kitabi-Dədə Qorqud” dastanından Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin və digər görkəmli söz ustalarının əsərlərinə qədər uzanan böyük ədəbi irs Azərbaycan dilinin ifadə imkanlarının nə qədər geniş olduğunu sübut edir. Bu dil yalnız poeziyanın deyil, elmin, fəlsəfənin, publisistikanın və müasir texnologiyaların da dili kimi inkişaf etməkdədir.
Tarixin müxtəlif dövrlərində Azərbaycan dili müəyyən çətinliklərlə üzləşsə də, xalq onu qorumağı bacarmışdır. Xüsusilə sovet dövründə ittifaq respublikalarında rus dilinin üstün mövqeyə çıxarılması milli dillərin inkişafına müəyyən məhdudiyyətlər yaratsa da, Azərbaycan ziyalıları ana dilini ədəbiyyatda, mətbuatda, teatrda və gündəlik həyatda yaşatmağı bacardılar. Bununla belə, ana dilinin hüquqi statusunun rəsmiləşdirilməsi üçün siyasi iradə tələb olunurdu.

Bu tarixi vəzifəni Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənliklə həyata keçirdi. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi həmin dövr üçün mühüm siyasi hadisə idi. O zaman belə bir qərarın qəbul edilməsi milli maraqların müdafiəsinə xidmət edən cəsarətli addım kimi tarixə düşdü. Bu qərar xalqın milli özünüdərkinin möhkəmlənməsində və gələcək müstəqillik prosesinin ideoloji əsaslarının formalaşmasında mühüm rol oynadı.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ana dilinin inkişafı yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması bir daha təsbit edildi. Sonrakı illərdə dövlət dilinin tətbiqinin genişləndirilməsi istiqamətində ardıcıl hüquqi baza formalaşdırıldı.
Ümummilli Lider Heydər Əliyev ana dilinə münasibəti yalnız mədəni məsələ kimi deyil, dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirirdi. Onun “Dil hər bir millətin milliliyinin əsasıdır” fikri bu gün də öz aktuallığını qoruyur. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi barədə mühüm fərmanlar imzalandı, Dövlət Dil Komissiyası yaradıldı və avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü elan olundu. Ardınca qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dil siyasətinin hüquqi əsaslarını daha da möhkəmləndirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Dövlət başçısının imzaladığı sənədlər nəticəsində Azərbaycan dilinin elektron informasiya məkanında istifadəsi genişlənmiş, latın qrafikalı nəşrlərin sayı artmış, dil normalarının qorunması istiqamətində institusional mexanizmlər gücləndirilmişdir. Dövlət idarəçiliyində, təhsil sistemində, mediada və rəqəmsal platformalarda Azərbaycan dilinin tətbiqinə xüsusi diqqət yetirilir.

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı ana dili qarşısında yeni vəzifələr müəyyənləşdirir. Süni intellekt sistemləri, rəqəmsal platformalar, elektron təhsil resursları və informasiya bazaları milli dillərin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən birinə çevrilib. Azərbaycan dili də bu proseslərdə öz yerini möhkəmləndirməlidir. Terminologiyanın zənginləşdirilməsi, elektron lüğət bazalarının genişləndirilməsi, rəqəmsal məzmunun artırılması və süni intellekt platformalarında Azərbaycan dilinin imkanlarının genişləndirilməsi gələcək inkişaf baxımından strateji əhəmiyyət daşıyır.

Qloballaşma şəraitində xarici dillərin öyrənilməsi təbii və zəruri prosesdir. Lakin bu, heç vaxt ana dilinə münasibətdə laqeydlik yaratmamalıdır. Əksinə, xarici dilləri bilən, eyni zamanda Azərbaycan dilinin incəliklərinə mükəmməl yiyələnən gənc nəslin yetişdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Güclü dövlət yalnız iqtisadi və hərbi potensialı ilə deyil, milli dilini qoruyub inkişaf etdirməsi ilə də seçilir.

Bu gün televiziya kanallarında, internet media resurslarında və sosial şəbəkələrdə Azərbaycan dilinin normalarına riayət olunması xüsusi aktuallıq kəsb edir. Kütləvi informasiya vasitələri cəmiyyətin nitq mədəniyyətinə birbaşa təsir göstərən əsas platformalardır. Dil normalarının pozulması, lüzumsuz xarici sözlərdən həddindən artıq istifadə və ədəbi dil qaydalarına əməl edilməməsi milli nitq mədəniyyətinə mənfi təsir göstərir. Buna görə də hər bir media qurumu və hər bir vətəndaş ana dilinin saflığının qorunmasına öz töhfəsini verməlidir.

Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif qitələrində yaşayan milyonlarla soydaşımız üçün də milli birliyin əsas sütunlarından biridir. Xaricdə fəaliyyət göstərən Azərbaycan evləri, həftəsonu məktəbləri, diaspor təşkilatları və mədəniyyət mərkəzləri ana dilimizin qorunması istiqamətində mühüm fəaliyyət göstərirlər. Dil dünya azərbaycanlılarını vahid milli ideya ətrafında birləşdirən mənəvi bağ kimi çıxış edir.

Ana dilinə sevgi yalnız bayram günlərində deyil, gündəlik həyatımızda da özünü göstərməlidir. Azərbaycan dilində düzgün danışmaq, onu zənginləşdirmək, yeni nəsillərə sevdirərək öyrətmək və müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək hər birimizin mənəvi borcudur.

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bir daha göstərir ki, dilə göstərilən qayğı əslində dövlətə, milli kimliyə və gələcəyə göstərilən qayğıdır. Ana dilimizi qorumaq tariximizi, milli yaddaşımızı, mədəni irsimizi və müstəqil dövlətçiliyimizi qorumaq deməkdir. Bu dəyərin gələcək nəsillərə olduğu kimi çatdırılması isə hər bir Azərbaycan vətəndaşının üzərinə düşən ən şərəfli vəzifələrdən biridir.

Asif Əsgərov,
Milli Məclisin deputatı

Əvvəlki Yazı

ASELFLIR-500 Cənubi Afrika istehsalı olan Mwari təyyarələrinə inteqrasiya olunub

Növbəti Yazı

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

XƏBƏR LENTİ

Keçmiş deputat saxlanildi

Keçmiş deputat saxlanildi

13 Avqust 2026 / 9:55
7
Yaponiya XİN Rəhbəri Putinin İturupa səfərinə görə Rusiyaya qəti etirazını bildirib

Yaponiya XİN Rəhbəri Putinin İturupa səfərinə görə Rusiyaya qəti etirazını bildirib

13 Avqust 2026 / 9:49
4
Başqırdıstanın Salavat sənaye zonasına pilotsuz təyyarənin qalıqları düşüb və yanğın baş verib

Başqırdıstanın Salavat sənaye zonasına pilotsuz təyyarənin qalıqları düşüb və yanğın baş verib

13 Avqust 2026 / 9:41
8
Streamer Fasoollka Qazaxıstandan qovulub: səbəb nədir

Streamer Fasoollka Qazaxıstandan qovulub: səbəb nədir

13 Avqust 2026 / 9:36
5
Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Masazır qəsəbəsində bıçaqlanan şəxs xəstəxanada öldü

13 Avqust 2026 / 9:25
17
Qaradağ ərazisində dənizdə 2 qadın batib

Mingəçevirdə Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı

13 Avqust 2026 / 9:16
8
Son ABŞ hərbçisi İraqı bu tarixdə tərk edəcək

Son ABŞ hərbçisi İraqı bu tarixdə tərk edəcək

13 Avqust 2026 / 9:14
6
Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ-in səfirini ölkədən çıxarmağa çağırir

Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ-in səfirini ölkədən çıxarmağa çağırir

13 Avqust 2026 / 8:57
9
Zelenski Kiyev bölgəsinə edilən hücumlarda ölənlərin sayının 17-yə yüksəldiyini açıqlayıb

Zelenski ABŞ-dan daha çox Patriot raketləri tələb edib

13 Avqust 2026 / 8:19
11
Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

13 Avqust 2026 / 8:15
1
NASA yayımında Krımı Rusiyanın tərkibində göstərib

NASA yayımında Krımı Rusiyanın tərkibində göstərib

13 Avqust 2026 / 8:00
7
Kiyevin dəyişmək istəmədiyi əsir götürülmüş 224 ukraynalının tam siyahısı açıqlanıb

Kiyevin dəyişmək istəmədiyi əsir götürülmüş 224 ukraynalının tam siyahısı açıqlanıb

13 Avqust 2026 / 7:54
6
Alaudinov: Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk şəhərlərini azad etmək üçün ağır iş gözləyir

Alaudinov: Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk şəhərlərini azad etmək üçün ağır iş gözləyir

13 Avqust 2026 / 7:35
15
Bakıda mağazada güclü yanğın baş verib

Bakıda mağazada güclü yanğın baş verib

13 Avqust 2026 / 7:26
9
Behnam Səidi: “Hörmüz boğazı İrana qarşı təhdidlər bitənə qədər bağlı qalacaq”

İran: İranın şərtləri qəbul olunmayana qədər Hörmüz boğazı açılmayacaq

13 Avqust 2026 / 7:13
11
Hakan Fidan: “Liviyada vasitəçi rolumuzu oynamağa davam edəcəyik”

Hakan Fidan: “Liviyada vasitəçi rolumuzu oynamağa davam edəcəyik”

13 Avqust 2026 / 7:00
10
Tural İrfan:“Netanyahunun Məqsədi Sülh Deyil…”

Tural İrfan:“Əliyev və Pezeşkianın Görüşləri İkiölkəli Əlaqələrə Yeni Təkan Verir”

13 Avqust 2026 / 6:47
40
Tümendən Bakıya uçan təyyarə təcili eniş etdi 

Tümendən Bakıya uçan təyyarə təcili eniş etdi 

12 Avqust 2026 / 22:42
17
Bakıda avtobusda güclü yanğın baş verib-Video

Bakıda avtobusda güclü yanğın baş verib-Video

12 Avqust 2026 / 22:35
7
Narkotik aludəçisi olan Ana övladını zəncirləyib?-Açiqlama

Xocavənddə mina partlayışında yaralanan şəxslərin vəziyyəti açıqlandi

12 Avqust 2026 / 22:28
7
“Reuters” demokratların Tramp üçün impiçmentə alternativ hazırladığını öyrənib

ABŞ prezidenti Trampa qarşı Truth Social postlarına giriş xidmətlərini satdığına görə məhkəmə açılıb

12 Avqust 2026 / 22:01
8
AzTV-nin əməkdaşı dənizdə boğuldu – Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğuldu – Fotolar

12 Avqust 2026 / 21:43
18
Abbas: Fələstin xalqının davasına verdiyi dəstəyə görə Türkiyə Respublikasına təşəkkür edirəm

Abbas: Fələstin xalqının davasına verdiyi dəstəyə görə Türkiyə Respublikasına təşəkkür edirəm

12 Avqust 2026 / 19:55
5
Livan ordusu: İsrailin hücumları bizim yerləşdirməmizə və geri qayıtmağımıza mane olur

Livan ordusu: İsrailin hücumları bizim yerləşdirməmizə və geri qayıtmağımıza mane olur

12 Avqust 2026 / 19:49
19
Canlı yayımda insanları söyən tiktoker həbs edildi

Canlı yayımda insanları söyən tiktoker həbs edildi

12 Avqust 2026 / 19:44
14
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razı Nurullayev:“Sahibkara Yalnız ‘Vergi Ödəyən Şəxs’ Kimi Baxmaq Düzgün Deyil”

12 Avqust 2026 / 19:35
108
Banqladeşdə qızılca epidemiyasında ölən uşaqların sayı 885-ə yüksəlib

Banqladeşdə qızılca epidemiyasında ölən uşaqların sayı 885-ə yüksəlib

12 Avqust 2026 / 18:36
13
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov:“Hədəf Tarixi Yaddaşı və Milli Kimliyi Sarsıtmaqdır”

12 Avqust 2026 / 17:24
76
Rusiyadan Telegram və Google-a 26 milyon rubl cərimə

Rusiyadan Telegram və Google-a 26 milyon rubl cərimə

12 Avqust 2026 / 16:25
17
Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş material hazırlanıb

Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş material hazırlanıb

12 Avqust 2026 / 16:17
25
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.