Kriminal

“Alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib-Foto

9 Dekabr 2024, 11:5610
Reklam728x90
Reklam320x100

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir “alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.

Bu barədə Avropa.info-ya Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

“Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə – marixuana aşkar edilib”,- məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Gömrük postunda alma yüklü daha bir avtomobildə külli miqdarda narkotik tapılıb

Gömrük postunda alma yüklü daha bir avtomobildə külli miqdarda narkotik tapılıb

Gömrük postunda alma yüklü daha bir avtomobildə külli miqdarda narkotik tapılıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600