Dünya

Abxaziya müxalifəti prezidentin ölkədən qaçdığını elan etdi

16 Noyabr 2024, 08:3016
Reklam728x90
Reklam320x100

Abxaziya müxalifəti prezident Aslan Bjaniyanın ölkədən qaçdığını elan edib.

Avropa.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “D News Abkhazia” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, prezidentin qaçdığını müxalifət liderlərindən biri, Abxaziya qəhrəmanı Levan Mika deyib.

Onun sözlərinə görə, dövlət başçısının harada olduğu məlum deyil.

“Biz Bjaniyanın hara, hansı istiqamətə getdiyini deyə biləcək insanları tapa bilmirik” – Mika deyib.

O, əlavə edib ki, iqtidarla müxalifət arasında danışıqlar dayandırılıb. Prezident səhərə qədər əlaqə saxlamasa, onun istefası məsələsinə parlamentdə baxılacaq.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600