Dünya

Zaxarova İrəvanın ittihamına gülərək cavab verdi

19 Sentyabr 2024, 23:577
Reklam728x90
Reklam320x100

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi İrəvanın Rusiyada xüsusi təlim keçən şəxslərin Ermənistanda hərbi çevriliş cəhdi ilə bağlı bəyanatını yumorla şərh edib.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, Zaxarova bunu “Nyus.ru”nun müxbirinin sualını cavablandırarkən deyib.

“Ümid edirəm ki, “Komedi Klub” (Comedy Club) buna görə bağlanmayıb”, – o gülərək bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistan İstintaq Komitəsi ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarının hərbi çevriliş yolu ilə hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısını aldığını bəyan etmişdi. İstintaq Komitəsi qeyd etmişdi ki, qrup üzvləri Rostova gedərək, orada “Arbat” bazasında təlim keçiblər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600