Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova NATO-nun Rusiya ilə döyüşmək istədiyini bildirib və “NATO çılğınlıq edir” deyib.
Avropa.info xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında bəzi aktual məsələləri dəyərləndirib.

NATO-nun Rusiyaya qarşı hərəkətlərini tənqid edən Zaharova, “NATO çılğınlıq edir. Bu, NATO-da strategiya edənlərin döyüşmək istədiyini göstərir. Rusiya NATO üzvlərinə hücum etmək niyyətində deyil. Biz qonşularımız və bütün digər ölkələrlə sülh şəraitində yaşamaq istəyirik”
Avropa ölkələrinin Ukrayna böhranının həlli üçün danışıqlar prosesində iştirak imkanlarını dəyərləndirən Zaxarova bəyan edib ki, avropalıların bəyanatları və hərəkətləri buna hazır olmadıqlarını göstərir.
“Kallas anti-Rusiya mövqeyi nümayiş etdirir”
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın Avropa adından danışıqlarda iştirak etmə ehtimalına gəlincə, bunun sülhsevər təşəbbüslərə zərbə vuracağını vurğulayan Zaxarova, “Kallas vəzifəyə gəldiyi gündən bəri Rusiya əleyhinə yanaşma nümayiş etdirir, ölkəmizi qeyri-real tələblər irəli sürür” deyib.
Mariya Zaxarova Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək qərarına cavab verəcəklərinə diqqət çəkib.
Estoniyanın Rusiya kəşfiyyatının təlimatı ilə müdafiə şirkətinə təxribat cəhdi olduğu səbəbiylə dekabrın 1-dən etibarən Rusiya ilə bütün sərhəd qapılarını bağlamaq qərarını “Dəmir Pərdə” dövrünə bənzədən Zaharova, buna qarşı siyasi və diplomatik tədbirlər görəcəklərini bildirib.
Moldovanın Rusiyanı pilotsuz uçuş aparatları (PUA) ilə hava məkanını pozmaqda günahlandırdığını qeyd edən Zaxarova Rusiya tərəfinə bununla bağlı heç bir dəlil təqdim edilmədiyini bildirib.
ABŞ-ın nüvə potensialını inkişaf etdirmək cəhdlərini yaxından izlədiklərini bildirən Zaharova Vaşinqtonun Rusiyanın da nüvə silahına malik olduğunu nəzərə almalı olduğunu vurğulayıb.




