Dünya

Ukrayna Krım körpüsünə hücum edib

16 Noyabr 2026, 13:09234
Reklam728x90
Reklam320x100

 

Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş Krımın qondarma rəhbəri Sergey Aksyonov Ukrayna ordusunun Krım körpüsünə hücum təşkil etdiyini bildirib.

 

Avropa.info xəbər verir ki, Aksyonov sosial media hesabındakı paylaşımında Ukrayna ordusunun Krım körpüsünə hücum etdiyini bildirib.

Hücum səbəbilə körpülərin hərəkətinə məhdudiyyətlər qoyulduğunu qeyd edən Aksyonov hadisə yerində təcili xidmət qruplarının çalışdığını bildirib.

Ukrayna ordusu 2022 və 2023-cü illərdə də Krım körpüsünə hücumlar həyata keçirib.

2014-cü ildə Rusiyanın qanunsuz ilhaq etdiyi Krımı Rusiya ərazisi ilə birləşdirən “Kerç” kimi tanınan körpünün strateji əhəmiyyəti var.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600