Sosial

Deputat Razi Nurullayev İmişlidə seçicilərlə növbəti görüş keçirib -Fotolar

16 Noyabr 2026, 12:23181
Reklam728x90
Reklam320x100

İmişlinin şimal qütbündə yerləşən Ağamalılar kəndində kənd sakinləri ilə səmimi görüş keçirdim. Bu kənd mənim üçün xüsusi və doğmadır. Ağamalıların insanları mehribanlığı, zəhmətkeşliyi, qonaqpərvərliyi və yüksək insani keyfiyyətləri ilə seçilirlər. Burada hər dəfə özümü doğmalarımın arasında hiss edirəm.

Ağamalılar və ətraf kəndlərin təbiəti də özünəməxsusdur. Kür çayı, Sarısu və Ağgöl gölləri, Şərbət qobusu bu ərazinin təbii mənzərəsini və təsərrüfat həyatını formalaşdıran mühüm su və turistləri cəlb edən əsas mənbələrdir.

Görüş zamanı sakinlərin bir sıra ciddi problemlərini də dinlədim. Ən böyük narahatlıq Ağamalılarla yanaşı, Əlyetməzli, Məmmədli, Telişli və Allahmədətli kəndlərində pay torpaqlarının Kür çayının mühafizə zonasında yerləşməsi səbəbindən yaranan sığorta problemidir.

Ötən il baş verən daşqınlar bu kəndlərdə yaşayan ailələrin təsərrüfatlarına və dolanışığına ciddi ziyan vurub. İnsanlar böyük itkilərlə üzləşsələr də, indiyədək nə kompensasiya, nə də hər hansı real maddi yardım ala biliblər. Bu, insanların özündən asılı olmayan təbii fəlakətin nəticələrini təkbaşına daşıması deməkdir. Məsələ araşdırılmalı, hüquqi və inzibati maneələr aradan qaldırılmalı, zərər çəkmiş ailələrə dəymiş ziyanın ödənilməsi üçün konkret mexanizm müəyyənləşdirilməlidir.

Digər ciddi problem isə bu kəndlərin hələ də təbii qazla təmin olunmamasıdır. Qazlaşdırma məsələsi illərdir gündəmdə olsa da, hər dəfə növbəti müddətə təxirə salınır. Qaz infrastrukturunun olmaması sakinlərin gündəlik həyatına, sosial rifahına və təsərrüfat fəaliyyətinə ciddi çətinliklər yaradır.

İnanmaq istərdim ki, həm daşqınlardan zərər çəkmiş ailələrin kompensasiya və sığorta məsələləri, həm də kəndlərin qazlaşdırılması ilə bağlı yaxın zamanda konkret qərarlar qəbul ediləcək. Bu insanların problemləri diqqətdən kənarda qalmamalı, onların haqlı tələbləri öz həllini tapmalıdır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600