İqtisadiyyat

Razi Nurullayev:”​Sahibkarın problemi operativ həll edilməlidir”

23 Oktyabr 2026, 09:1988
Reklam728x90
Reklam320x100

Paytaxt BakıdaTürkiyə, Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq imkanlarının genişləndirilməsinə həsr olunmuş mühüm beynəlxalq tədbir – “TABA-AmCham Avrasiya İnvestisiya və Şəbəkələşmə Sammiti Forumu” (“Caspian Bridge Summit”) keçirilib. Tədbirdə hər üç ölkənin rəsmi şəxsləri, diplomatlar, millət vəkilləri və aparıcı iş adamları iştirak ediblər.

Razi Nurullayev: “Sahibkarın problemi illərlə uzanmamalıdır”

Avropa.info xəbər verir ki, tədbirdə çıxış edən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev ölkədəki mövcud investisiya mühiti və sahibkarlığın inkişafı ilə bağlı mühüm məqamlara toxunub. Millət vəkili öz çıxışında investorların qarşılaşdığı bürokratik əngəllərin aradan qaldırılmasının vacibliyini vurğulayıb:

“Azərbaycanda investisiya mühitinin daha da cəlbedici olması üçün sahibkarların qarşılaşdığı problemlər konkret və operativ şəkildə həll olunmalıdır. Əgər bir sahibkarın və ya investorun problemi aidiyyəti qurumlar tərəfindən illərlə həll edilmirsə, bu, ümumi investisiya mühitinə mənfi təsir göstərir və yeni layihələrin qarşısını alır.”

MCP başqanı, həmçinin yerli istehsalın və ixrac potensialının artırılmasının ölkə iqtisadiyyatının dayanıqlığı üçün əsas şərt olduğunu qeyd edib, Türkiyə və ABŞ şirkətləri ilə qurulan üçtərəfli əməkdaşlıq körpülərinin bu istiqamətdə böyük imkanlar açdığını diqqətə çatdırıb.

Deputata xüsusi mükafat təqdim edilib

Sammit çərçivəsində iqtisadi əməkdaşlığın inkişafına, qanunvericilik sahəsində sahibkarlara göstərilən dəstəyə və investisiya mühitinin təşviqinə verdiyi töhfələrə görə Razi Nurullayevə sammitin xüsusi mükafatı təqdim olunub.

Qeyd edək ki, TABA-AmCham tərəfindən təşkil olunan forumda enerji, müdafiə sənayesi, aviasiya, logistika, texnologiya və rəqəmsal transformasiya sahələrində gələcək birgə layihələr və investisiya planları ətrafında geniş müzakirələr aparılıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600