Dünya

İsraildən Avstriyaya uçan təyyarə bomba hədəsindən sonra Bolqarıstanda məcburi eniş edib

19 Oktyabr 2026, 16:098
Reklam728x90
Reklam320x100

 

İsraildən Avstriyaya havalanan Avstriya Hava Yollarına məxsus sərnişin təyyarəsi bomba təhlükəsi ilə Bolqarıstana yönləndirilib və təcili eniş edib.

Avropa.info xəbər verir ki, “Airbus A320” tipli təyyarə bazar günü gecə Təl-Əvivdən Vyanaya gedərkən Bolqarıstanın paytaxtı Sofiyada məcburi eniş edib. Bolqarıstan Nəqliyyat Nazirliyindən verilən açıqlamada sərnişinlərin təyyarədən təxliyyə edildiyi bildirilib.

Açıqlamada Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin sərnişin təyyarəsini müşayiət etmək üçün havaya qalxdığı bildirilib. Hadisə nəticəsində xəsarət alan olmadığı, araşdırmalara başlanıldığı qeyd edilib.

Bolqarıstan və İsrail mediası təyyarəyə bomba təhdidi edildiyini yazıb.

Avstriya Hava Yolları da təhdid hesabatının hazırlandığını təsdiqləsə də, detalları açıqlamayıb. Şirkət sözçüsü BBC-yə bildirib ki, təyyarədə 51 sərnişin və 6 ekipaj üzvü olub.

Səlahiyyətlilər ilk xəbəri alandan təxminən 30 dəqiqə sonra Sofiyaya enən təyyarədə təhlükəsizlik axtarışı aparıb.

Təyyarə Bolqarıstan tərəfə dönərkən Rumıniyanın hava məkanında olub.

Bomba tapılmadı, uçuş davam etdi

Avstriya Hava Yolları təyyarənin axtarışı zamanı heç bir təhlükə aşkar edilmədiyini təsdiqləyib.

Şirkət bütün sərnişinlərin təyyarədə olduğunu və təyyarənin Vyanaya çatmaq üçün səyahətinə davam etdiyini bildirdi.

Uçuş izləmə məlumatlarına görə, Avstriya Hava Yollarına məxsus OS82 reysi bazar günü axşam Təl-Əvivin Ben Qurion hava limanından qalxdıqdan təxminən üç saat sonra Sofiyadakı Vasil Levski hava limanına enib.

Keçən həftə Yunanıstanın Korfu adasından Almaniyanın Nürnberq adasına uçan sərnişin təyyarəsinin səhvən qaçırma həyəcanı verməsindən sonra Xorvatiya və Almaniya döyüş təyyarələrini havaya qaldırıblar.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600