Beş Avropa ölkəsi və Avropa Komissiyası ABŞ prezidenti Donald Tramp administrasiyasının dizel yanacağının strateji ehtiyatlarının bir hissəsinin buraxılması tələbinə cavab olaraq ortaq mövqe barədə razılığa gəliblər. Vaşinqton, ehtiyatların açılmayacağı təqdirdə Avropaya dizel ixracının məhdudlaşdırılması ehtimalını etiraf edir.
Avropa.info xəbər verir ki, bu barədə “Politico” üç avropalı məmura istinadla məlumat yayıb. Danışıqlarda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İrlandiya və Avropa Komissiyası iştirak edir.





























