İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü Hüseyn Muhibbi Fars körfəzində ABŞ hərbi gəmilərinin qalmadığını və gəmilərin Hörmüz boğazından 500 kilometr cənuba çəkildiyini iddia edib.
Avropa.info xəbər verir ki, İranın yarı rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, Muhibbi Fars körfəzindəki ABŞ gəmiləri haqqında danışıb.
Fars körfəzində ABŞ hərbi gəmilərinin qalmadığını və gəmilərin Hörmüz boğazından 500 kilometr cənubda geri çəkildiyini iddia edən Muhibbi, hazırkı vəziyyətdə ABŞ-ın təhdid ritorikasının onların məğlubiyyətini qələbə kimi təqdim etmək səyini əks etdirdiyini bildirib.
Muhibbi həmçinin müharibə zamanı Fars körfəzində 40-a yaxın ABŞ hərbi gəmisinin olduğunu və ABŞ-ın da “Ərəb dənizi”ndən çəkiləcəyini müdafiə edib.






























