Dünya

İran İnqilab Keşikçiləri: MQ-9 tipli PUA Hörmüz boğazındakı Qeşm adasında vurulub

16 Sentyabr 2026, 09:3613
Reklam728x90
Reklam320x100

 

İran İnqilab Keşikçiləri Korpusu gecə saatlarında Hörmüz boğazında Qeşm adasının səmasında ABŞ istehsalı olan MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib.

Avropa.info xəbər verir ki, İnqilab Keşikçiləri Ordusundan verilən yazılı açıqlamada yerli vaxtla saat 02.29-da Qeşm adasının səmasında MQ-9 tipli PUA-nın İran hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək vurulduğu bildirilib.

Açıqlamada o da qeyd olunub ki, bu, vurulan 52-ci MQ-9 tipli PUA-dır.

ABŞ ordusu hələlik məsələ ilə bağlı açıqlama verməyib.

İranın rəsmi xəbər agentliyi İRNA xəbər verib ki, gecə saatlarında Qeşm adasının sahillərində partlayış səsləri eşidilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600