İsrail ordusu Livandan göndərildiyi güman edilən şübhəli hava hədəfinə qarşı ölkənin şimalına müdaxilə etdiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada, İsrailin şimalında, Livan sərhədində yerləşən Yuval qəsəbəsində xəbərdarlıq sirenlərinin səsləndiyi bildirilib.
Açıqlamada Livandan göndərildiyi güman edilən şübhəli hava hədəfinin vurulduğu, can itkisinin olmadığı bildirilib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.





























