ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi addımlarla bağlı “məhdud hücum” mesajı verib. Vaşinqton rəhbərliyinin variantları dəyərləndirdiyi bildirilərkən, bölgədə artan gərginlik və Hörmüz boğazı ətrafında baş verən proseslər yaxından izlənilir
Avropa.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi müdaxilə ilə bağlı verdiyi açıqlamada “İrana zərbə vura bilərik, lakin hücumlar məhdud olacaq” deyib. Trampın bəyanatı Vaşinqtonla Tehran arasında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edib.
Bildirilir ki, Tramp administrasiyası İrana qarşı hərbi variantları dəyərləndirir və məhdud miqyaslı əməliyyatın mümkünlüyü gündəmdədir. ABŞ tərəfində xüsusilə bölgədəki hərbi ünsürlər və Hörmüz boğazı ətrafında baş verən proseslər yaxından izlənilir.






























