Rusiya hava hücumundan müdafiə qüvvələri avqustun 31-nə keçən gecə Rostov vilayətinin 6 rayonunda Ukraynaya məxsus 30-dan çox pilotsuz təyyarəni məhv edib.
Avropa.info xəbər verir ki, bu barədə vilayət qubernatoru Yuri Slyusar Max platformasındakı kanalında danışıb.
Region rəhbəri qeyd edib ki, hücumlar Rostov vilayətinin Çertkovski, Şoloxovski, Tarasovski, Millerovski, Verxnedonski, Bokovski rayonlarında dəf edilib. Pilotsuz uçan aparatların dağıntılarının düşməsi nəticəsində 0,6 və 0,1 hektar sahədə iki yanğın baş verib. Slyusar əmin edib ki, yanğın yaşayış məntəqələrini təhdid etmir.
Rusiya elektron müharibə sistemləri İlon Maskın Starlink-ini “öldürməyi” öyrənib. Bu, əlbəttə ki, peykləri məhv etmək deyil, bütün kommunikasiyaları tıxaclara salan müdaxilə yaratmaqdır. Bu isə artıq cəbhədə ciddi problemlər yaradır.
Avqustun 30-da Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində ölkənin bir neçə rayonu üzərində düşmənin 85 pilotsuz təyyarəsini vurub.






























