ABŞ prezidenti Donald Tramp Truth Social hesabından paylaşım edərək Hörmüz boğazını “Yeni ABŞ ərazisi” elan edib.
Avropa.info xəbər verir ki, Xəritəni vizual olaraq paylaşan Tramp, “Dəniz blokadamız tam gücü ilə davam edir. Hörmüz boğazı açıq və fəaliyyətdədir” dedi.
“Bütün dəniz minaları təmizlənib və ya partladılıb.
Tramp həmçinin bildirib ki, İranla heç bir danışıqlar olmayıb və planlaşdırılan təmas yoxdur.
ABŞ-ın xüsusi nümayəndəsi Jared Kuşner də qeyd edib ki, İran hazırkı şərtlərdə razılaşmaya maraq göstərmir.
İrandan sərt cavab: Blokada götürülməyənə qədər boğaz açılmayacaq
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf dövlət mediasına açıqlamasında Trampın iddialarını təkzib edib.
Qalibaf bəyan edib ki, ABŞ dəniz blokadasını qaldırana, sanksiyaları dayandırana və İranın dondurulmuş aktivlərini buraxmayana qədər gəmiçilik marşrutu açılmayacaq.
Kpler məlumatları, müharibədən əvvəl gündəlik 130-140 gəminin keçdiyi strateji su yolundan bazar ertəsi yalnız 10 gəminin keçə bildiyini ortaya qoydu.
Regionda danışıqlar dalana dirənsə də, Oman və İran arasında danışıqlar da Vaşinqtonun sərt reaksiyası ilə üzləşir.





























