ABŞ-də meşə yanğını: Cekson bölgəsində söndürmə əməliyyatları davam edir
Avropa.info xəbər verir ki, ABŞ-nin Missisipi ştatının Cekson bölgəsində meşə yanğını baş verib.
Məlumata görə, ərazidə başlayan alovun söndürülməsi və yanğının daha geniş sahəyə yayılmasının qarşısının alınması istiqamətində müdaxilə işləri fasiləsiz olaraq davam etdirilir. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.





























