İranla gərginliyin davam etdiyi bir vaxtda Pentaqonun Yaxın Şərqdə xidmət edən USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin yerinə USS George Washington təyyarədaşıyan gəmisini göndərməyə hazırlaşdığı iddia edilib.
Avropa.info xəbər verir ki, Amerikanın “Wall Street Journal” (WSJ) qəzetinin ABŞ rəsmilərinə əsaslanaraq verdiyi xəbərə görə, Pentaqon bölgədəki təyyarədaşıyan gəmilərindən birini rotasiya etməyə hazırlaşır.
ABŞ ordusu Yaxın Şərqdə 250 gündən artıq xidmətdə olan USS Abraham Lincoln təyyarədaşıyan gəmisini USS George Washington təyyarədaşıyan gəmisi ilə əvəz etmək üçün son hazırlıq işləri görür.
ABŞ rəsmiləri, əvvəlcədən planlaşdırılan rotasiya planı çərçivəsində USS George Washington-un Yaxın Şərqə göndəriləcəyini və USS Abraham Lincoln-a bir müddət lazımi texniki baxım görəcəyini iddia etdi.
Qeyd olunub ki, hazırda Sakit okean regionunda xidmət edən USS George Washington gəmisinin tezliklə bölgəyə yola düşəcəyi gözlənilir.
USS Abraham Linkoln uzun xidmət müddəti 250 günü keçməsi səbəbindən ABŞ Konqresi daxilində mübahisələrə səbəb oldu və bəzi Konqres üzvləri gəmidəki yaşayış şəraitindən narahat olduqlarını bildirdilər.
USS Abraham Linkoln planlaşdırılmış missiyaya 2025-ci ilin noyabrında başladı və ABŞ-ın İrana qarşı müharibəsi ərəfəsində yanvar ayında Yaxın Şərqə göndərildi.
Sözügedən təyyarədaşıyan gəmi əvvəlcə ABŞ-ın İrana hücumlarında iştirak edib, daha sonra isə ABŞ-ın İran limanlarının blokadasında iştirak edib.






























