01 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib

Oktyabr 28, 2024
Manşet
A A
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

Avropa.info AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı general Sahir Şamşad Mirzanın səfərinin ölkələrimiz arasında güclü tərəfdaşlıq, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını deyib.

Prezident İlham Əliyev bu il qardaş Pakistana dövlət səfərinin çox uğurlu və məhsuldar keçdiyini vurğulayaraq, bunun dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyini bildirib.

Dövlətimizin başçısı ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birini həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd edib.

Əməkdaşlığımızın, o cümlədən ticarət sahəsində əlaqələrimizin əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini bildirən dövlətimizin başçısı deyib ki, özünün Pakistana dövlət səfəri zamanı Azərbaycanın bu ölkəyə 2 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu imkanları barədə bəyanat verilib və bu sahədə sıx əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.

Müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən “JF-17C” təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarərlərdən olduğunu deyib. Dövlətimizin başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğulayıb. Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin COP29 tədbirində iştirakının və gələn il ölkəmizə dövlət səfərinin Azərbaycanda səbirsizliklə gözlənildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin Bakıda keçirəcəyi görüşlərin uğurlu olacağına ümidvar olduğunu bildirib.

Azərbaycan dövlətinin başçısı ilə görüşündən şərəf duyduğunu vurğulayan Sahir Şamşad Mirza Prezident İlham Əliyevin əfsanəvi şəxsiyyət olduğunu qeyd edib. Qonaq Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Məhəmməd Şahbaz Şərifin salamlarını, Pakistan xalqının ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Sahir Şamşad Mirza Azərbaycan Prezidentinin Pakistana dövlət səfərinin ikitərəfli münasibətlərimizin inkişafında tarixi təməl daşı olduğunu deyib.

Qonaq ölkəmizdə keçirilən prezident seçkisində İlham Əliyevin, parlament seçkisində isə hakim Yeni Azərbaycan Partiyasının qələbəsinin önəmini qeyd edərək vurğulayıb ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin davamçısıdır. Sahir Şamşad Mirza qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin inkişafı fenomenal hadisə olmuşdur. Qonaq bu cür inkişafa, o cümlədən ümumi daxili məhsulun və əhalinin rifah halının artma templərinə heç bir ölkədə rast gəlinmədiyini deyib.

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini vurğulayaraq qeyd edib ki, ölkəmizin əsgər və zabitlər ilə bağlı baxışı, yerli istehsalın təşviqi, müharibədə müdafiə sənayesi kompleksi və güclü hərbi imkanlarla bərabər, müdafiənin bir növü olan qabaqlayıcı strategiyanın tətbiqi dünyaya çox aydın bir siqnal oldu ki, Azərbaycan hədəfə köklənib və irəliləyir.

Ölkəmizdə gedən inkişaf proseslərinin nümunə olduğunu qeyd edən qonaq Pakistanın Azərbaycan ilə qardaşlıq əlaqələrinin qarşılıqlı inama, səmimiliyə, əməkdaşlığa, mədəni əsaslara söykəndiyini deyib. O, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırdı və bu bayramın Pakistanda da qeyd edildiyini məmnunluqla vurğulayıb.

Sahir Şamşad Mirza qeyd edib ki, Kəşmir məsələsində Azərbaycan Pakistanın yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır.

10:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Əvvəlki Yazı

FHN Polkovniki yenidən məhkəmə qarşısında

Növbəti Yazı

Siyəzəndə ölu tapılan tələbənin- Fotosu

XƏBƏR LENTİ

Türkiyə Nigeriyaya başsağlığı verdi

Türkiyə Nigeriyaya başsağlığı verdi

01 İyun 2025 / 8:24
26
Papara: “Qanunsuz mərc” əməliyyatı: 11 həbs

Papara: “Qanunsuz mərc” əməliyyatı: 11 həbs

31 May 2025 / 10:01
1
Goranboyda bacısını bıçaqlayan şəxs həbs edildi

Goranboyda bacısını bıçaqlayan şəxs həbs edildi

31 May 2025 / 9:53
5
 İsrail ordusu daha 11 fələstinlini öldürdü

 İsrail ordusu daha 11 fələstinlini öldürdü

31 May 2025 / 8:24
43
ABŞ prezidenti Tramp Çini ticarət razılaşmasını pozmaqda ittiham edib

ABŞ prezidenti Tramp Çini ticarət razılaşmasını pozmaqda ittiham edib

30 May 2025 / 18:38
74
Fəxrəddin Altun Azərbaycan mətbuatının 150-ci ildönümünü təbrik etdi

Fəxrəddin Altun Azərbaycan mətbuatının 150-ci ildönümünü təbrik etdi

30 May 2025 / 16:47
38
Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır – FOTO

Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır – FOTO

30 May 2025 / 16:44
48
Peskov: Rusiya nümayəndə heyəti danışıqların ikinci raundu üçün bazar ertəsi səhər İstanbulda olacaq

Peskov: Rusiya nümayəndə heyəti danışıqların ikinci raundu üçün bazar ertəsi səhər İstanbulda olacaq

30 May 2025 / 15:55
6
Köçəryan və Sarkisyan həbs oluna bilər-Prosesə start verildi

Köçəryan və Sarkisyan həbs oluna bilər-Prosesə start verildi

30 May 2025 / 15:04
49
Cənubi Koreyada iyunun 3-də keçirilən prezident seçkilərində rekord erkən səsvermə

Cənubi Koreyada iyunun 3-də keçirilən prezident seçkilərində rekord erkən səsvermə

30 May 2025 / 14:47
59
ABŞ Dövlət Departamenti restrukturizasiya çərçivəsində 3400-dən çox əməkdaşını ixtisar edəcək

ABŞ Dövlət Departamenti restrukturizasiya çərçivəsində 3400-dən çox əməkdaşını ixtisar edəcək

30 May 2025 / 14:37
26
 İsrail ordusunun  səhər saatlarından etibarən Qəzzaya təşkil etdiyi hücumlarda 18 fələstinli həlak olub

 İsrail ordusunun  səhər saatlarından etibarən Qəzzaya təşkil etdiyi hücumlarda 18 fələstinli həlak olub

30 May 2025 / 14:30
44
UNRWA: Humanitar yardım heç bir maneə olmadan Qəzzaya buraxılmalıdır

UNRWA: Humanitar yardım heç bir maneə olmadan Qəzzaya buraxılmalıdır

30 May 2025 / 11:58
37
Bu nazirliyin yubiley medalı təsdiqləndi

Parlamentin yaz sessiyasının son iclası başlayib

30 May 2025 / 11:52
52
Quru təmizləmə müəssisəsində mumiyalanmış körpə cəsədi tapılıb

Quru təmizləmə müəssisəsində mumiyalanmış körpə cəsədi tapılıb

30 May 2025 / 10:44
44
Neftçalada intihar hadisəsi baş verib

Neftçalada intihar hadisəsi baş verib

30 May 2025 / 10:32
190
Lənkəranda əmisini qətlə yetirən şəxs həbs edildi

Lənkəranda əmisini qətlə yetirən şəxs həbs edildi

30 May 2025 / 10:20
133
 İsrail ordusu Qəzzanın şimalındakı fələstinlilərin qərbə doğru qovulmasını əmr edir

 İsrail ordusu Qəzzanın şimalındakı fələstinlilərin qərbə doğru qovulmasını əmr edir

30 May 2025 / 8:26
55
TÜRKPA Birinci Türk Qadın Parlamentarilər Zirvəsi ŞKTC-də keçirilib

TÜRKPA Birinci Türk Qadın Parlamentarilər Zirvəsi ŞKTC-də keçirilib

30 May 2025 / 8:19
109
Fransada uşaqların olduğu yerlərdə siqaret çəkmək qadağandır

Fransada uşaqların olduğu yerlərdə siqaret çəkmək qadağandır

30 May 2025 / 8:08
21
Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasının vətəndaşlarınin cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasının vətəndaşlarınin cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib

29 May 2025 / 21:14
40
Peskov: İyunun 2-də İstanbulda danışıqlar aparmaq təklifimizə Ukraynadan cavab almamışıq

Peskov: İyunun 2-də İstanbulda danışıqlar aparmaq təklifimizə Ukraynadan cavab almamışıq

29 May 2025 / 15:14
34
Beynəlxalq Qalereyada sərgi-tədbir keçirildi – FOTO

Beynəlxalq Qalereyada sərgi-tədbir keçirildi – FOTO

29 May 2025 / 14:27
25
TİKA-dan azərbaycanlı universitet tələbələrinə “Yaşıl Keçid” təlimi keçirildi – FOTO

TİKA-dan azərbaycanlı universitet tələbələrinə “Yaşıl Keçid” təlimi keçirildi – FOTO

29 May 2025 / 14:21
25
İtaliyadakı Katolik Kilsəsi: 2023-2024-cü illərdə kilsədə 115 cinsi istismar və təcavüz qurbanı

İtaliyadakı Katolik Kilsəsi: 2023-2024-cü illərdə kilsədə 115 cinsi istismar və təcavüz qurbanı

29 May 2025 / 14:15
45
Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər

Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər

29 May 2025 / 14:15
57
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib-FOTOLAR

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib-FOTOLAR

29 May 2025 / 13:40
63
İrəvan Moskvaya rədd cavabı verdi

İrəvan Moskvaya rədd cavabı verdi

29 May 2025 / 13:17
38
Kanada meşə yanğınları: Ən azı 17,000 insan təxliyə edilməlidir-foto

Kanada meşə yanğınları: Ən azı 17,000 insan təxliyə edilməlidir-foto

29 May 2025 / 13:08
49
FETÖ-nün dönər zəncirinə qarşı əməliyyatında 6 nəfər saxlanılıb

FETÖ-nün dönər zəncirinə qarşı əməliyyatında 6 nəfər saxlanılıb

29 May 2025 / 13:05
58
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.