Ukraynaya məxsus pilotsuz uçuş aparatı Rusiya-Belarus sərhədi yaxınlığında İrana məxsus yük maşınını hədəf alıb.
Avropa.info “Azad Iran”a istinadən xəbər verir ki, hadisə barədə Rusiyadan Belarusa yük daşıyan İran yük maşınının sürücüləri məlumat verib.
Dronun maşına zərbə endirdiyi dəqiq tarix açıqlanmır, lakin insidentin yaxın günlərdə baş verdiyi bildirilir.
Yük maşınının hansı yükü daşıdığı açıqlanmayıb. Ukrayna hərbi kəşfiyyatı isə maşının İrana məxsus nəqliyyat şəbəkəsinə aid olduğunu və İrana yük daşıdığını iddia edir.
Qeyd edək ki, bu hücumdan əvvəl Ukrayna Xəzər dənizinin şimalında da İrana məxsus gəmiyə zərbə endirmişdi. Kiyev həmin gəminin Rusiyaya hərbi texnika daşıdığını bildirmişdi.






























