Avqustun 12-də Şimali Koreya Şərq dənizi istiqamətində ən azı bir ballistik raket buraxıb. Bu addım Cənubi Koreya və ABŞ-ın keçirəcəyi birgə hərbi təlimlərə etiraz kimi qiymətləndirilir.
Avropa.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyinə istinadən Cənubi Koreya Birgə Qərargah Rəisləri Komitəsi məlumat verib.
Hərbçilər raketin səhər saat 06:00 radələrində şərq sahilindəki Vonsan rayonundan buraxıldığını qeydə alıblar. Cənubi Koreya ehtimal olunan əlavə raket buraxılışları ilə bağlı müşahidə və hərbi hazırlığı artırıb.
“Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın ballistik raket buraxılışları haqqında sıx məlumat mübadiləsi apararaq tam döyüş hazırlığı vəziyyətindədir”, – deyə açıqlamada bildirilir.
Bu son raket buraxılışı keçən həftənin cümə axşamı Şimali Koreyanın Şərq dənizi istiqamətində Cənubi Koreya hərbçilərinin qısamənzilli raket kimi qiymətləndirdiyi raketi fırlatmasından altı gün sonraya təsadüf edir






























