İranın ali rəhbəri Ayətullah Seyid Müctəba Xamenei sabiq ali rəhbər Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimi ilə bağlı müraciət yayıb.
Avrop.info APA-ya istinadla xəbər verir ki, Müctəba Xamenei müraciətində sabiq ali liderin və bu iki müharibədə həlak olan digər iranlıların qisasının alınacağını bildirib.
Müctəba Xamenei bunun xalqın tələbi olduğunu vurğulayıb:
“Şəhid liderimizin və bu iki müharibədə həlak olan bütün şəhidlərin pak qanının qisasını cinayətkar və rüsvayçı qatillərdən alacağımıza and içirik. Bu qisas xalqımızın tələbidir və mütləq icra olunmalıdır. Adları məlum olan bu cinayətkarlar sakit və rahat ölüm arzusunu özləri ilə məzara aparacaqlar. Onlar bilməlidirlər ki, bu məsələ nə mənim, nə də digər məsul şəxslərin varlığından asılı deyil. Biz olsaq da, olmasaq da, bu məqsəd həyata keçiriləcək və yaxın zamanda dünyanın müxtəlif yerlərindəki azad insanlar bu ilahi missiyanın bir hissəsini yerinə yetirəcəklər”.




























