İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin ölkəyə endirdiyi son zərbələrdən sonra Hörmüz boğazının yalnız Tehranın şərtləri yerinə yetiriləcəyi təqdirdə açılacağını bildirib.
Avropa.info xəbər verir ki, Qalibaf “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ-nin təhdidlərinin nəticə verməyəcəyini vurğulayıb.
“O qədər də mənasız hərəkətlər etməyin, əks halda daha da dərinliyə batacaqsınız. Hörmüz boğazı yalnız İranla razılaşmalar yerinə yetirildikdən sonra açılacaq, Amerika təhdidləri ilə yox”, – deyə o qeyd edib.
İran parlamentinin sədri əlavə edib ki, ABŞ-nin hədələri və verdiyi vədləri pozması artıq cavabsız qalmır.
“Açıq deyirəm: əgər siz zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız”, – deyə Qalibaf bildirib.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İranın Hörmüz boğazına nəzarət imkanlarını zəiflətmək məqsədilə ölkədəki obyektlərə yeni zərbələr endirildiyini açıqlamışdı.





























