ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsini icra edən Uilyam Pulte agentliyin işçilərinin sayında böyük ixtisarlara başlayıb.
Avropa.info xəbər verir ki, məlumatı CNN vəziyyətlə tanış mənbələrə istinadən yayıb.
Onların sözlərinə görə, ixtisarlar, digərləri ilə yanaşı, kəşfiyyat fəaliyyətlərinin əlaqələndirilməsində əsas strukturlar olan Milli Terrorla Mübarizə Mərkəzinə (NCTC) və Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinə də təsir edəcək.
Mənbələr qeyd edirlər ki, Pulte agentliyə ötən həftə, rəsmi andiçmə mərasimindən bir gün əvvəl gəlib və işçilərin tam siyahısını tələb edib. Bütün şöbələrə prioritetləşdirilmiş personal siyahılarını hazırlamaq tapşırılıb.
İxtisarlar Konqresdə narahatlıq doğurub. Kəşfiyyat Komitələrinin üzvləri – senator Mark Uorner və konqresmen Cim Hayms Pulteyə milli təhlükəsizliyə risklər barədə xəbərdarlıq məktubu göndəriblər.





























