14 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Hacıqabulda yerləşən Pir Hüseyn xanəgahı ilə bağlı deputatdan maraqlı AÇIQLAMA – FOTOLAR

Aprel 2, 2026
Manşet, Mədəniyyət
A A

Hacıqabul rayonunda yerləşən Pir Hüseyn xanəgahı kompleksinin qorunması və turizm marşrutlarına daxil edilməsi məsələsi yenidən gündəmə gəlib.

Avropa.info-nun məlumatına görə, VI çağırış Milli Məclsin deputatı İltizam Yusifov bildirib ki, Türk Şəhidliyinə ziyarəti zamanı yaxınlıqda yerləşən Pir Hüseyn xanəgahını da ziyarət edib.

Deputat qeyd edib ki, Pir Hüseyn xanəgahı və ya Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XIII əsrə aid sufi xanəgahıdır. Onun sözlərinə görə, xanəgah kompleksi üzərindəki kitabələrdən məlum olur ki, abidə Şirvanşahlar dövründə, Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın hakimiyyəti zamanı inşa edilib.

İ. Yusifov bildirib ki, Pir Hüseyn Şirvani 948-ci ildə Bakı şəhərində doğulmuş alim, şair və şiə Qələndəriyyə təriqətinin şeyxi olub. Onun sözlərinə görə, Pir Hüseyn Şirvani Şirvanşah Manumöhrün vəziri kimi fəaliyyət göstərib və dövrünün nüfuzlu şəxsiyyətlərindən biri sayılıb.

Deputat vurğulayıb ki, Pir Hüseyn Şirvani Yaxın Şərqdə Baba Kuhi adı ilə tanınan böyük sufi şairi və filosofu Məhəmməd Bakuvinin qardaşı olub. O qeyd edib ki, Şeyx Pir Hüseyn kimi tanınan Əl-Hüseyn ibn Əli xanəgah kitabələrində əzəmətli pir, sufilikdə yüksək mərtəbəyə çatmış şəxs kimi təqdim olunur və bu da onun böyük nüfuzundan xəbər verir.

İ. Yusifov əlavə edib ki, Pir Hüseyn Şirvani Şirvanşah I Manuçöhr, I Fəribürz, onun atası Sallar və babası Yəzid ibn Əhmədin hakimiyyəti dövründə yaşamış, hicri 467-ci ildə (1074/1075) vəfat etmişdir.

Deputat bildirib ki, Baba Kuhi Bakuvi isə Azərbaycanda doğulmuş məşhur şair, alim, səyyah və tədqiqatçı olub. Onun sözlərinə görə, 933-934-cü illərdə Bakıda doğulan Baba Kuhi ilkin təhsilini atasından almış, gənc yaşlarından səyahətlərə maraq göstərmişdir. O qeyd edib ki, qardaşı ilə mübahisədən sonra müxtəlif bölgələrdə yaşamış, sonradan İran və digər ölkələrə səfərlər etmiş, alimlərlə görüşmüş və müqəddəs yerləri ziyarət etmişdir.

İ. Yusifovun sözlərinə görə, Baba Kuhi Şirazda Əbu Abdullah ibn Xəfifin yanında təhsilini davam etdirmiş, daha sonra Bağdad və Nişapur kimi mühüm elm mərkəzlərinə səfərlər etmişdir. Deputat bildirib ki, o, ömrünün son illərini Şiraz yaxınlığındakı dağlarda mağarada keçirərək ibadətlə məşğul olmuş və əsas əsərlərini də burada yazmışdır.

Deputat vurğulayıb ki, Baba Kuhi sağlığında böyük nüfuz qazanmış, ölümündən sonra da min illər boyu hörmətlə yad edilən şəxsiyyətlərdən biri olmuşdur. Onun sözlərinə görə, Şirazda yerləşən məzarı bu gün də ziyarətgah kimi tanınır və rəvayətlərə görə, məşhur şair Hafiz Şirazi poetik ilhamını həmin məzarın yanında dua etdikdən sonra qazanmışdır.

İ. Yusifov qeyd edib ki, Nizami Gəncəvi, Sədi, Hafiz, Nəsimi və Seyid Əzim Şirvani kimi dahi sənətkarlar Baba Kuhini öz əsərlərində yad etmiş və ona şeirlər həsr etmişlər.

Deputat diqqətə çatdırıb ki, Pirsaat çayı sahilində yerləşən xanəgah kompleksi tarixi karvan yolu üzərində tikilmişdir və bu səbəbdən qala tipli, müdafiə xarakterli memarlıq xüsusiyyətlərinə malikdir. Onun sözlərinə görə, kompleksin əsas tikililəri dördbucaqlı qala divarları daxilində yerləşir və buraya Pir Hüseynin türbəsi, məscid və minarə daxildir.

İ. Yusifov bildirib ki, kompleksdən dövrümüzə çatan ən mühüm memarlıq nümunələri Pir Hüseynin türbəsi və minarədir. O qeyd edib ki, türbənin daxilində yerləşən qəbir sənduqəsinin üzərini örtən kaşılar yüksək sənət nümunəsidir.

Deputat əlavə edib ki, bu kaşıların bir hissəsi XIX əsrdən etibarən müxtəlif şəxslər tərəfindən aparılmış və hazırda Ermitaj Muzeyi, Gürcüstan Dövlət Muzeyi, Şərq Mədəniyyəti Muzeyi, Luvr Muzeyi və Britaniya Muzeyi kimi muzeylərdə saxlanılır.

İ. Yusifov vurğulayıb ki, xanəgah kompleksi bir neçə yüz il ərzində formalaşmış, Pir Hüseyn Şirvaninin türbəsi ətrafında inkişaf etmişdir. Onun sözlərinə görə, türbə XI əsrin sonlarında tikilmiş, məscid isə plan quruluşuna görə İçərişəhərdə yerləşən Aşur məscidi ilə oxşarlıq təşkil edir.

Deputat qeyd edib ki, məscidin memarlıq xüsusiyyətləri onu XI–XII əsrlərin qovşağında inşa edilmiş abidə kimi səciyyələndirməyə imkan verir. O əlavə edib ki, XIII əsrdə ziyarətgahın nüfuzunun artması ilə burada geniş tikinti və bəzək işləri aparılmış, 1243-cü ildə giriş qapısı, 1256-cı ildə isə minarə inşa edilmişdir.

İ. Yusifov bildirib ki, xanəgahın zəngin bədii bəzəkləri, xüsusilə gəc naxışlar və çoxrəngli kaşılar Elxanilər dövründə Şimal və Cənub memarlıq ənənələrinin qarşılıqlı təsirinin nəticəsi kimi meydana çıxmışdır.

Deputat sonda qeyd edib ki, sufilik İslamda mənəvi inkişafı ön plana çəkən xüsusi təlimdir və bu kimi abidələr həmin mənəvi irsin daşıyıcısıdır. O vurğulayıb ki, Pir Hüseyn xanəgahı kompleksinə daha çox diqqət ayrılmalı, abadlıq və bərpa işləri gücləndirilməli, bu məkan Azərbaycanın turizm marşrutlarına daxil edilərək ölkənin mədəni irsinin tanıdılmasında mühüm rol oynamalıdır.

Avropa.info



Əvvəlki Yazı

Azərbaycan mühüm tədbirə ev sahibliyi edəcək – Bakıda beynəlxalq konfrans keçiriləcək

Növbəti Yazı

2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq yazarları ilə görüş keçirilib-Fotolar

XƏBƏR LENTİ

Makron Fransa ordusunu müharibəyə hazırlaşmağa çağırdı

Makron Fransa ordusunu müharibəyə hazırlaşmağa çağırdı

14 İyul 2026 / 8:03
0
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski:”Ukrayna Rusiyanın danışıqlara başlaması üçün bütün səylərini göstərir”

14 İyul 2026 / 7:57
1
Meksikada güclü zəlzələ baş verib

Meksikada güclü zəlzələ baş verib

14 İyul 2026 / 7:46
1
İranda liman vuruldu, yaralılar var

İrana daha bir hücum həyata kecirilib

14 İyul 2026 / 7:41
1
Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

13 İyul 2026 / 16:54
1
Prezident İlham Əliyev: “Aleksey, sən də çox ehtiyatlı ol”-Video

Prezident İlham Əliyev: “Aleksey, sən də çox ehtiyatlı ol”-Video

13 İyul 2026 / 16:27
10
Prezident İlham Əliyev jurnalisti görüb avtomobildən düşdü – Video

Prezident İlham Əliyev jurnalisti görüb avtomobildən düşdü – Video

13 İyul 2026 / 16:17
14
Prezident İlham Əliyev:“Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik”

Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsindən danışdı

13 İyul 2026 / 12:04
5
Prezident İlham Əliyev Gürcüstanla bağlı sazişi təsdiqlədi

Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik etdi

13 İyul 2026 / 11:46
6
Prezident İlham Əliyev: “Zəngəzur dəhlizi vacib layihədir”

Prezident İlham Əliyev: “Zəngəzur dəhlizi vacib layihədir”

13 İyul 2026 / 11:43
4
Qalmaqallı dindar qadın Azərbaycana qarşı savaş açdı

Qalmaqallı dindar qadın Azərbaycana qarşı savaş açdı

13 İyul 2026 / 11:14
3
Baş nazir Əli Əsədov qərar imzalayıb

Baş nazir Əli Əsədov qərar imzalayıb

13 İyul 2026 / 11:09
5
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

13 İyul 2026 / 11:02
2
Rusiya bir gecədə 300-dən çox PUA vurub

Rusiya bir gecədə 300-dən çox PUA vurub

13 İyul 2026 / 10:06
2
Prezident İlham Əliyev:”Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir”

Prezident İlham Əliyev:”Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir”

13 İyul 2026 / 10:03
3
Bakı–Quba yolunda avtomobil aşdı: Yanğın oldu – VİDEO

Bakı–Quba yolunda avtomobil aşdı: Yanğın oldu – VİDEO

13 İyul 2026 / 9:58
3
Prezident İlham Əliyev:”Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir”

Prezident İlham Əliyev:”Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir”

13 İyul 2026 / 9:44
12
Prezident İlham Əliyev:“Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik”

Prezident İlham Əliyev:“Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik”

13 İyul 2026 / 9:35
7
Şuşada Prezident İlham Əliyevin iştirakı ilə Forum başladı-Canlı

Şuşada Prezident İlham Əliyevin iştirakı ilə Forum başladı-Canlı

13 İyul 2026 / 9:28
8
Radoslav Sikorski:”Bəli, narahatlıq var. Çünki Putin Ukraynaya nikbin və tamamilə yanlış qiymətləndirmələrə əsaslanaraq hücum edib”

Radoslav Sikorski:”Bəli, narahatlıq var. Çünki Putin Ukraynaya nikbin və tamamilə yanlış qiymətləndirmələrə əsaslanaraq hücum edib”

13 İyul 2026 / 8:53
21
Prezident İlham Əliyevin iştirakı ilə Forumun açılışı canlı yayımlanacaq

Prezident İlham Əliyevin iştirakı ilə Forumun açılışı canlı yayımlanacaq

13 İyul 2026 / 8:44
2
Netanyahu: Senator Lindsi Qrem İsrailə yardımın dayandırılması ideyasına qəzəblənmişdi

Netanyahu: Senator Lindsi Qrem İsrailə yardımın dayandırılması ideyasına qəzəblənmişdi

13 İyul 2026 / 8:20
2
Dəhşətli istilər Avropada on minlərlə insanın ölümünə səbəb olub

Dəhşətli istilər Avropada on minlərlə insanın ölümünə səbəb olub

13 İyul 2026 / 8:09
3
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb

Rusiya gəmilərini qorumaq üçün yeni radioelektron mübarizə sistemləri ilə təchiz etməyə başlayıb

13 İyul 2026 / 8:00
5
Fidan:“Rusiya ilə konstruktiv danışıqlar aparmaq lazımdır”

Hakan Fidan:”Qara dənizdə kommersiya gəmilərinə qarşı hücumların artması narahatlıq doğurur”

12 İyul 2026 / 10:26
3
İran ABŞ-nin bir neçə hərbi bazalarını hədəfə aldığını bildirdi

İran ABŞ-nin bir neçə hərbi bazalarını hədəfə aldığını bildirdi

12 İyul 2026 / 8:25
1
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb

Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb

12 İyul 2026 / 7:22
5
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 / 7:06
4
Yaddaşlarda qalan Qəhrəmanlar-Bu gün Tovuz döyuşlərindən 6 il keçir

Yaddaşlarda qalan Qəhrəmanlar-Bu gün Tovuz döyuşlərindən 6 il keçir

12 İyul 2026 / 6:42
14
Laçında Hoçaz Çayında  Açılışı onlayn olan SES-lərin – Foto və Video görüntüləri

Laçında Hoçaz Çayında Açılışı onlayn olan SES-lərin – Foto və Video görüntüləri

11 İyul 2026 / 17:27
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.