Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən tanınmış uşaq yazıçısı,uşaqlar üçün elmi-kütləvi kitablar və elmi-fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızının 60 illik yubileyi münasibətilə virtual oxucular üçün geniş həcmli veblioqrafiya hazırlamışdır.
Avropa.info xəbər verir ki, Hazırlanan materialda yazıçının həyat və yaradıcılıq yolu dolğun şəkildə əks etdirilmiş, onun ədəbi irsi müxtəlif istiqamətlər üzrə sistemləşdirilərək təqdim olunmuşdur.
Veblioqrafiyada Reyhan Yusifqızının yaradıcılığına dair 17 kitab, həmçinin müəllifin öz qələmindən çıxmış əsərlərdən biri xüsusi olaraq seçilərək oxuculara təqdim edilmişdir. Bundan başqa, yazıçının dövri mətbuatda dərc olunmuş 4 əsəri, həmçinin onun haqqında müxtəlif KİV-lərdə işıqlandırılmış 7 məqalə toplanaraq tam şəkildə təqdim edilmişdir.
Materialda həmçinin uşaq kitabxanasında Reyhan Yusifqızı ilə müxtəlif illərdə keçirilmiş görüşlərdən fotoşəkillər də yer almış, müəllifin oxucularla əlaqəsi, uşaqlara və yeniyetmələrə göstərdiyi diqqət vizual şəkildə nümayiş etdirilmişdir.
Hazırlanmış veblioqrafiya geniş oxucu auditoriyasına Reyhan Yusifqızının zəngin yaradıcılığını daha yaxından tanımaq imkanı yaradır və onun ədəbi irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.






























