ABŞ-ın Pensilvaniya ştatındakı Villanova Universitetinin şəhərciyində silahlı hücum barədə xəbərdarlıq edilib və tələbələrdən təhlükəsiz yerlərə sığınmaq tələb olunub.
Avropa.info-nun məlumatına görə ABŞ-ın Pensilvaniya ştatında yerləşən Villanova Universitetinin şəhərciyi yerli vaxtla saat 17:30 radələrində verilən silahlı xəbərdarlığa görə giriş-çıxışa bağlanıb.
Polis kampusda silahlı şəxs barədə xəbərdarlıq edib və tələbələrdən sığınacaq axtarmağı xahiş edib.
Tələbələr qapalı ərazilərə gedərək qapıları bağlayıblar
Bildirilib ki, tələbələrin əksəriyyəti Villanova xəbərdarlıq sistemindən mesaj aldıqdan sonra içəri girib və qapıları kilidləyiblər.
Sosial şəbəkələrdə polisin saat 17:45 radələrində binaları boşaltdığı paylaşılıb. lakin “Hazırda qurbanlar barədə məlumat yoxdur”.
Delaver rayon prokuroru Jack Stollsteimer verdiyi açıqlamada “vəziyyəti nəzarət altına almağa çalışdıqlarını” söylədi.