13 - 10 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı səsləndirdiyi ittihamlar tamamilə əsassız”-Samir Əsədli

Avqust 5, 2025
Cəmiyyət
A A

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı səsləndirdiyi ittihamlar tamamilə əsassız, qərəzli və təxribat xarakterlidir.

Avropa.info xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

“Hazırda Azərbaycanın penitensiar müəssisələrində İran vətəndaşı olan məhkumlar saxlanılır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, onların böyük əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi, sərhəd pozuntuları ilə bağlı məsuliyyətə cəlb olunublar. İranın onların saxlanma şəraiti və göstərilən münasibətlə bağlı iradları gülüncdür. Çünki bu şəxslərə göstərilən rəftar, yaradılan humanitar şərait və hüquqi təminatlar İran həbsxanalarındakı qeyri-insani davranışlarla heç bir baxımdan müqayisə oluna bilməz. Bunun təsdiqi kimi həmin şəxslərin bir qisminin azadlığa çıxdıqdan sonra Azərbaycanın həbsxanalarında şəffaf və humanist münasibətə şahid olduqları haqda açıqlamalarına diqqət yetirmək kifayətdir.

Münasibət o qədər humanistdir ki, hətta İranın Azərbaycandakı səfirliyi bu məhkumlara mütəmadi olaraq sovqat göndərir və bu proses tərəfimizdən də müşahidə olunub. Bundan əlavə, əksər cəzaçəkmə müəssisələrində iranlı məhkumlara əlavə imkanlar dini ayinlərin icrası üçün məscidlər, ayrıca yemək hazırlama şəraiti və digər məişət üstünlükləri yaradılıb”, – o bildirib.

VHP funksioneri ölkəmizdə həbs həyatı yaşayan İran vətəndaşları ilə bağlı bir məqama da toxunub:

“Əslində, Azərbaycan tərəfinin deyəcək və sərt mövqe ortaya qoymağa haqqı çatan nüanslar var. İran bəzən xüsusi agentura şəbəkəsinin üzvlərinə qəsdən Azərbaycanda məhbus statusu qazandırır və bu insani münasibətdən sui-istifadə edərək həmin məhbuslar vasitəsilə Azərbaycanda dini-siyasi təbliğat işləri görür. Bu şəxslərin cəzaçəkmə müəssisələrində ideoloji təsir formalaşdırmağa çalışdığı haqda kifayət qədər faktlar var. Məlumata görə, bəzən məhkumların hansı müəssisəyə yerləşdiriləcəyi belə əvvəlcədən planlaşdırılır. Bu isə göstərir ki, söhbət sistemli şəkildə qurulmuş məkrli fəaliyyətlərdən gedir. Bu, təkcə hüquqi məsələ deyil, eyni zamanda Azərbaycanın suverenliyinə və daxili sabitliyinə qarşı yönəlmiş təhlükəli yanaşmadır”.

S.Əsədli həmçinin vurğulayıb ki, əslində İran rejimi ilk növbədə öz daxilində baş verən dəhşətli işgəncələrə və insan hüquqlarının kobud şəkildə pozulmasına cavab verməlidir:

“Xüsusilə ETTELAAT-ın nəzarətində olan zindanlarda həyata keçirilən vəhşiliklər beynəlxalq hesabatlarda açıq şəkildə sənədləşdirilib. İşgəncənin rəsmi siyasətə çevrildiyi bir ölkənin başqa dövlətlərə insan hüquqları ilə bağlı ittiham irəli sürməsi ikiüzlülükdür. Azərbaycanı qaralamağa cəhd edən bu açıqlama əslində İranın Azərbaycandakı təxribatçı planlarının iflasa uğramasının nəticəsidir. Ölkəmizdə dini radikalizmin yayılmasına qarşı sərt və prinsipial mövqe göstərildiyi üçün bu kimi qərəzli bəyanatlar vasitəsilə əvəz çıxmağa çalışırlar. Azərbaycana qarşı ittihamlar isə nə hüquqi, nə də mənəvi əsas daşıyır”.

Əvvəlki Yazı

ABŞ gələn bəzi ziyarətçilər üçün 15.000 dollara qədər viza depoziti tələb edəcək

Növbəti Yazı

BMT məruzəçisi: Heç kim təəccüblənməməlidir, İsrail Qəzzanı aclığa məhkum edib

XƏBƏR LENTİ

Humanitar inkişaf və mədəni irsin bərpası – Laçın və Gəncə nümunələri

Humanitar inkişaf və mədəni irsin bərpası – Laçın və Gəncə nümunələri

11 Oktyabr 2025 / 14:56
6
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu- Fotolar

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu- Fotolar

10 Oktyabr 2025 / 6:51
41
Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb

Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb

10 Oktyabr 2025 / 6:44
30
XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir

XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir

07 Oktyabr 2025 / 7:03
36
“Zamanın Ziyalısı” sərgisi müəllimlərə həsr olundu – FOTO

“Zamanın Ziyalısı” sərgisi müəllimlərə həsr olundu – FOTO

06 Oktyabr 2025 / 21:15
35
“Xankəndi Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

“Xankəndi Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

06 Oktyabr 2025 / 20:01
17
Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

06 Oktyabr 2025 / 16:59
34
XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

06 Oktyabr 2025 / 16:17
10
QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

06 Oktyabr 2025 / 0:22
5
“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

04 Oktyabr 2025 / 19:55
21
Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

02 Oktyabr 2025 / 20:40
6
Prezidentlərin görüşünün tarixi əhəmiyyəti

Prezidentlərin görüşünün tarixi əhəmiyyəti

02 Oktyabr 2025 / 20:36
8
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

01 Oktyabr 2025 / 17:23
34
“Taleyimizə tariximizdə əbədi yaşayacaq günlərin şahidi olmaq  xoşbəxtliyi yazıldı” – KXCP sədri

“Taleyimizə tariximizdə əbədi yaşayacaq günlərin şahidi olmaq xoşbəxtliyi yazıldı” – KXCP sədri

27 Sentyabr 2025 / 18:27
25
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

25 Sentyabr 2025 / 21:27
45
27 sentyabr 2020-ci il, həm də 100 il əvvəl qırılan Türk xəttinin yenidən bərpası idi – Deputat

27 sentyabr 2020-ci il, həm də 100 il əvvəl qırılan Türk xəttinin yenidən bərpası idi – Deputat

25 Sentyabr 2025 / 17:50
35
“Ulus” Fondu Vətən Savaşçıları abidələrinin monitorinqinə başlayır – FOTO

“Ulus” Fondu Vətən Savaşçıları abidələrinin monitorinqinə başlayır – FOTO

24 Sentyabr 2025 / 11:54
6
Ümumi nəticəyə təsir göstərən mühüm MƏQAM: Bu şərtlərin qəbulu mümkün görünmür

Qulamhüseyn Əlibəyli: “İsrailin cinayətləri beynəlxalq hüququ hərəkətə gətirəcək”

20 Sentyabr 2025 / 18:59
260
Məhkəmə Adnan Əhmədzadə barəsində həbs qərarı verdi

Məhkəmə Adnan Əhmədzadə barəsində həbs qərarı verdi

20 Sentyabr 2025 / 14:00
13
İlham Əliyev 20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib – VİDEO – FOTO

İlham Əliyev 20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib – VİDEO – FOTO

20 Sentyabr 2025 / 0:04
8
Bu ölkədə rüsvayçı ənənə: Qadağan olunmasına baxmayaraq gizlicə edirlər

Bu ölkədə rüsvayçı ənənə: Qadağan olunmasına baxmayaraq gizlicə edirlər

19 Sentyabr 2025 / 20:38
11
Türkiyədə “Sakit şəhərlər”in sayı artdı: Çameli də siyahıya qoşuldu – FOTO

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı: Çameli də siyahıya qoşuldu – FOTO

19 Sentyabr 2025 / 20:27
9
Ərdoğandan Netanyahuya SƏRT CAVAB: “Onu sizə verməyəcəyik”

Ərdoğandan Netanyahuya SƏRT CAVAB: “Onu sizə verməyəcəyik”

19 Sentyabr 2025 / 20:24
9
“”Yaşıl dünya” anlayışları” adlı layi­hə üzrə fəaliyyətlər davam edir

“”Yaşıl dünya” anlayışları” adlı layi­hə üzrə fəaliyyətlər davam edir

19 Sentyabr 2025 / 20:15
15
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Akademik Musiqili Teatr yeni mövsümə bu tamaşa ilə başladı – FOTOLAR

19 Sentyabr 2025 / 20:13
4
Fransanın yeni səfiri Bakıda

Yeni səfir Fransa-Azərbaycan əlaqələrini möhkəmləndirmək istəyir

19 Sentyabr 2025 / 19:53
1
Rusiya qırıcıları paytaxta yaxınlaşdı – NATO hərəkətə keçdi

Rusiya qırıcıları paytaxta yaxınlaşdı – NATO hərəkətə keçdi

19 Sentyabr 2025 / 19:02
8
Fransanın yeni səfiri Bakıda

Fransanın yeni səfiri Bakıda

19 Sentyabr 2025 / 17:50
3
Prezidentdən FƏRMAN – “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır

Prezidentdən FƏRMAN – “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır

19 Sentyabr 2025 / 17:31
7
Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gələcək – Foruma qatılacaq

Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gələcək – Foruma qatılacaq

19 Sentyabr 2025 / 15:57
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.