İsrail ordusunun Qəzza zolağının mərkəzində yardım paylama məntəqəsinə hücumu nəticəsində 12 nəfər ölüb, 90 nəfər yaralanıb.
Avropa.info-nun məlumatına görə Qəzzaya qarşı blokadanı gücləndirərək, yardım axınını məhdudlaşdıraraq humanitar fəlakətə səbəb olan İsrail, növbəti dəfə yardım istəyən mülki insanları hədəfə alıb.
Qəzzanın mərkəzində Netzarim dəhlizi yaxınlığında İsrail əsgərlərinin yardım gözləyən dinc sakinlərə atəş açması nəticəsində 12 fələstinli ölüb, 90 nəfər yaralanıb.
Qəzza aclıq böhranı ilə üz-üzədir
İsrailin hücumu və humanitar yardımların daxil olmasını məhdudlaşdıran sıx mühasirə altında olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena materiallarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır.
Qəzza zolağında aclıqdan, xüsusən də uşaqlar arasında ölüm halları artır.
2023-cü il oktyabrın 7-dən İsrailin aclıq saldığı Qəzza zolağında 92-si uşaq olmaqla 162 nəfər aclıqdan ölüb.
Yerli və beynəlxalq dairələr bildirirlər ki, İsrail “aclıq və susuzluqdan silah kimi” istifadə edir.