09 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

İyul 16, 2025
Dünya
A A

Türkiyə başdan-başa bir tarix xəzinəsidir. Gəzməklə qurtarmayacaq, görməklə doymayacaq bir xəzinəyə sahibdir qardaş Türkiyə. Hər daşı bir tarix olan, hər şəhərində qədim bir tarixi özündə yaşadan çoxsaylı tarixi məkanlara sahibdir. Ümumdünya Turizm Təşkilatının hesabatına görə Türkiyəyə səfər edən turistlərin təqribən 50 faizi tarixi abidələri ziyarət edir. Bugünkü yazımızda Türkiyə ərazisində olan daha bir qədim yaşayış məskəni olan qədim Likiya şəhəri haqqında məlumat verəcəyik.

Miladdan sonra 141-ci ildə dünyanın ən əhəmiyyətli coğrafi məkanlarından biri Likiyada insanlıq tarixinin gördüyü ən acı faciələrindən biri baş verir. Likiya böyük bir zəlzələyə şahid olur. Bir çox yerlər xüsusilə sahildəki ticarət şəhərləri yerlə yeksan olur. Roma ilə Misir arasında əhəmiyyətli ticarət keçid zonası, gəmilərin lövbər saldığı şəhər uzun müddət dağılmış vəziyyətdə qalır. Lakin Romalılar buradan vaz keçə bilmirlər. Elə buna görə də şəhərə hər cür yardım və dəstək göstərərək bölgəni yenidən ayağa qaldırırlar. Miladdan əvvəl 142-ci ildə Romalılar şəhərə vergi toplamaq üçün gəldiyində maneələrlə üzləşir və Kokar çaydan şəhərə daxil olmaq üçün bölgəyə hərəkət edir. Bunu görən Myralılar bizansın osmanlı donanmasına etdiyi kimi Kokar çayın girişinə zəncir vururlar. Lakin romalılar buna məhəl qoymadan şəhərə daxil olmağa nail olurlar.

142-ci ildə bölgə tamamilə romalıların nəzarətinə keçir. Şəhərdə vergi verilməyə başlanır və romaya bağlılıq yaranır. Likya birliyinin sayılıb seçilən şəhərlərindən olan Myra miladdan əvvəl 2-ci əsrdə inkişaf etməyə başlayır, buradakı likiyalı zənginlərin yardımları ilə şəhərdə tikililər inşa olunmağa başlanır. Bunlardan biri Licinius Langusun yüz min dinara tikdirdiyi teatr və sütunlu girişdir. Miladdan sonra 13-cu ildə İmperator Hadrianus bu bölgəyə gəlmədən əvvəl müxtəlif yerlərdə taxıl ambarları inşa etdirməyi əmr eidr. Əslində bu bir Roma siyasəti idi. Misirdən gələn taxıl toplanır, ambarlara yığılır daha sonra Romaya daşınırdı.

Günümüzdə antik şəhərdə olan nadir tikili Hadrianus ambarı o zaman inşa edilib. Taxıl ambarının düz girişində ikinci qapının yanında iki misir tanrısını qabartması var. Qabartmanın sağ tərəfində ayaqüstə Serapis, sol tərəfdə isə yatmış İsis rəsmi təsvir olunub. Rəsmin altında bu qabartma haqqında yazılır: “Ambarın sahibi Herakl yuxusunda bu iki tanrını gördüyü üçün qabartmanı burda həkk etdirir”. Myra sözunun mənası məhlul sözündən götürülüb. Antik dövrlərdə işlədilən məhlul çüxurda bitən bir ağacın şirəsindən əldə olunur və musəvi ibadətxanalarında və xristian məkanlarında gözəl iyi yaymaq məqsədilə istifadə olunurmuş.
Ətraflı

Likyanın ən əhəmiyyətli şəhərlərindən biri Demre yəni Myranın məşhurlarını saymaqla bitməz. Bütün bu şəxslər əsasən din adamı olub. Lakin bunlardan ikisi dünyada məşhur olan iki addır. Bunlardan biri qərb dünyasına xristianlığı tanıdan şəxs Əziz Paulus. O, Romaya gələrək Myranı ziyarət edir daha sonra burada xristianlıqı rəsmi din olaraq qəbul edir. Hz. İsadan sonra Xristianlıq üçün çox əhəmiyyətli bir şəxs hesab olunur. Hz. İsa Xristianlığı tapmış ola bilər, amma, Əziz Paulus olmadan xristianlığın yayılma imkanı yox idi. Kiçik Asiya, Makedoniya və Yunanıstanı gəzərək buralarda kilsələr qurub, xristianlığı yaymışdır. Halbuki, o, əvvəlcə yəhudi idi. Sonra xristianlığı qəbul edib. İncil və Xristiyanlıqla əlaqədar ən köhnə və ən etibarlı qaynaqlar Paulusdan geriyə qalan məktublardır.Beləliklə Romaya psikoposluq verilir. Buna görə də myra xristian dünyasında çox böyük əhəmiyyətə malik olur.

Şəhərin digər əhəmiyyətli yerlərindən biri antik teatrdır. Anadoluda yerləşən ən görkəmli Roma teatrlarından biri olan bu yerdə “tanrı sənə təşəkkür edirəm” sözləri və məzarlardan birinin girişində qabartmalı “Maskos Demostrosyosun qızı Filistanı sevir” yazısı diqqəti çəkən məqamlardandır. 1840-cı ildə İngilis araşdırmaçı və yazıçı Çarls antik şəhərə gəlir. Şəhərə valeh olan Çarls dəftərçəsinə yazır. “Böyük bir zəfər qazandığımı düşünürəm. Bu günədək görmədiyim gözəllikdə qaya məzarları və Roma teatrına rast gəldim. Lakin bunların hamısından ən maraqlısı qaya məzarları üzərinə həkk olunmuş yazılar, kitabələr, rəngli qabartmalardır. Bütün bunlardan başqa burada heç bir yerdə görmədiyim dağların üzərində arı pətəyi formasında olan qaya məzarlarının olması başqa bir aləmdir”.

Qeyd etdiyimiz kimi dağların yuxarısından arı pətəyi kimi yuxarıdan aşağıya doğru genişlənən Myra Likiyanın 6 ən böyük şəhərlərindən olub. O dövrlərdə şəhərdəki valyuta yəni dəmir pullar üzərində ana ilahə qabartmaları əks olunub. Antik mənbələrdə myranın miladdan əvvəl 1-ci əsrə aid olması, qaya məzarlarının və valyutalardan bəhs olunması şəhərin miladdan əvvəl 5-ci əsrə aid olduğunu sübut edir. Bəzi qaynaqlarda vurğulanır ki, şəhər 7-ci əsrdən başlayaraq 9-cu əsrə qədər ərəblərin axınına məruz qalmış, 809-cu ildə Harun Əl Rəşidin komandirlərindən biri Myranı zəbt eidr. Ərəblərin axını ilə myra çayının tez-tez daşması, buna görə də gələn torpaqla bəzi tikililərin dolması və yaranan zəlzələlər şəhərin tərk edilməsinə və myranın kənd olmasına səbəb olmuşdur. Günümüzdə şəhərdə roma dövründən qalan şəhər divarları, hellenistik zamana və miladdan əvvəl 5-ci əsrə aid olan divar qalıntıları aşkarlanmışdır. Onu da qeyd edək ki, Myranın su ehtiyacı demrə dərəsinin axdığı vadi kənarındakı qayaya açılan kanallarla təmin olunurdu. Günümzdə bu kanalları görmək mümkündür.

Antik şəhərdə turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri bəlkə də ən maraqlısı Əziz Nikolaus yəni Santa Klausun adına inşa edilmiş ən qədim kilsədir. Bura Apollon özəlliklərini xatırladır. Divarda Uşaqları, dənizçiləri qoruyan, itən insanların, yaxud itən əşyaların tapılmasına kömək edən simvolik rəsimlər əks olunur. Dildən-dilə dolaşan deyimlərdə belə məlum olur ki, Əziz Nikolaus öldükdən sonra bu kilsədə dəfn edilib. Miladdan sonra 9-cu əsrdə bölgəni işğal edən ərəblər kilsəni talan edərək, Əziz Nikalousun olduqu təxmin edilən tabutu yandırmışdılar. Lakin 1087-ci ildə bir qrup italyan tacirin bura gələrək həqiqi tabutu tapıb içinə baxdıqlarında myur məhlulunun içində yatan əziz nikolausun sümüklərini tapırlar. Və onun cəsədini indiki İtaliyanın cənub-şərqində yerləşən Adriatik dənizi kənarında liman şəhəri olan Baridə müqəddəs bir sahədə dəfn edirlər. Hətta belə güman olunur ki, günümüzdə Antalya muzeyində əziz nikolausun sümüklərinə rast gəlmək olur. Haqqında söylənilənlər nə qədər mübahisəli olsada ortada belə bir həqiqət var əziz nikolaus min illərdir Anadolu coğrafiyasında tanınır və hörmət edilir. Bu gün bu antik kəndləri çoxsaylı turist ziyarət edir. Turistlər bu antik şəhərin qalıqlarını gəzməklə tarixlə baş-başa qalırlar.

Yolunuz Türkiyəyə düşsə bu tarixi ərazini ziyarət edin.

Əvvəlki Yazı

Dini radikalizm və onunla mübarizə üsulları

Növbəti Yazı

İsrailin Suriyadakı “Troya atı”! – Suveydada ağır döyüşlər, Prezident Sarayı bombalandı (Yenilənib)

XƏBƏR LENTİ

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
55
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
132
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
5
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
69
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
8
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
94
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
17
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
32
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
6
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
8
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
6
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
5
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
3
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
5
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.