Qəzza zolağının şimalında qatil İsrail ordusunun həyata keçirdiyi hücumda daha bir jurnalist həyatını itirib.
Avropa.info xəbər verir ki, Səhiyyə mənbələrindən alınan məlumata görə, Qəzza şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsinə edilən hücumda biri jurnalist Fadi Xəlifə olmaqla iki nəfər həyatını itirib .
Beləliklə, İsrailin Qəzza zolağına hücumlarına başladığı 2023-cü il oktyabrın 7-dən bu yana həyatını itirən jurnalistlərin sayı 230-a çatıb.
Hökumətin Qəzzadakı media ofisi iyulun 10-da öldürülən jurnalistlərin sayının 229 olduğunu açıqlayıb.