İsrail Hərbi Hava Qüvvələri İrana qarşı hava zərbələrinin yeni dalğasına başlayıb.
Avropa.info xəbər verir ki, bunu barədə İsrail ordusunun rəsmisi, briqada generalı Efi Defrin deyib.
“Günün üçüncü zərbə dalğası bir az əvvəl başlayıb və İranın qərb bölgəsinə fokuslanıb. İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri “yer-yer” tipli raketlərin yerləşdiyi anbarlar və buraxılış qurğuları üzərində uçuşlar həyata keçirir”.
***
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60 döyüş təyyarəsi Tehranda 20-dən çox hərbi obyektə zərbələr endirib”, – İsrail ordusun məlumatında deyilir.
***
İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehrana və respublikanın digər ərazilərinə silsilə zərbələr endirir.
Bu haqda İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.