12 - 05 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Mədəniyyət

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

May 12, 2025
Mədəniyyət
A A

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın 21-dən 27-dək keçiriləcək. Avropa.info xəbər verir ki, builki tədbir davamlı, sağlam və ənənəvi bişirmə üsullarını ön plana çıxararaq “Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusu ilə yadda qalacaq.

Türk Mətbəxi Həftəsi hər il Türkiyənin  ölkə daxilində və xaricindəki nümayəndəlikləri tərəfindən təşkil olunan silsilə tədbirlər və sosial media kampaniyaları ilə qeyd olunur. Bu təşəbbüs, minilliklər boyu mədəni mübadilə, davamlı təcrübələr və dərin köklü qastronomik ənənələrlə formalaşan Türkiyənin kulinariya zənginliyini dünyaya tanıtmağı hədəfləyir. Hər il fərqli bir mövzu seçilərək Türk mətbəxinin çoxşaxəliliyi nümayiş etdirilsə də, bu il təşkil olunacaq müxtəlif tədbirlər vasitəsilə Türk mətbəxinin əsasını təşkil edən klassik yeməklər və ənənəvi Türk qonaqpərvərliyi xüsusi vurğulanacaq.

Anadolu süfrələrindən dünyaya açılan Türk mətbəxinin təməl yeməkləri

Türkiyənin zəngin kulinariya mənzərəsi məhsuldar coğrafiyası və əsrlər boyu formalaşmış ənənələri ilə dərin köklərə sahibdir və onu əsl qastronomik cənnətə çevirir. Nəsildən-nəslə ötürülən, ölkənin hər bir bölgəsində sevgi ilə hazırlanan bu klassik ev yeməkləri, Türk mətbəxinin zənginliyinin əsasını təşkil edir.

Yerli və mövsümi məhsullarla, sadə, lakin düşünülmüş üsullarla hazırlanan bu yeməklər, Türk kulinariya irsinin mahiyyətini əks etdirir. Ənənəvi, sağlam və israfdan uzaq mətbəx dəyərlərini bu günə daşıyan klassik yeməklər, eyni zamanda Anadolunun köklü dəyərlərinin – qonaqpərvərlik, birlik və həmrəyliyin – simvoludur. Axı, bu yeməklər ailələri, dostları və qonaqları bir araya gətirən isti və səmimi Türk süfrələrinin təməl daşıdır.

2025-ci il Türk Mətbəxi Həftəsinin menyusu zamanın sınağından çıxmış yeməklərlə zəngindir. “Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusuna uyğun olaraq hazırlanan menyuda bir çox tanınmış təamlar yer alacaq. Ləziz dadı ilə seçilən Mərci Şorbası və Tarhana Şorbası, soğan və pomidor içlikli badımcan yeməyi olan İmambayıldı, ənənəvi Türk mantısı, həmçinin içlikləri kartof, pendir, göyərti və ya qiymə ilə dəyişən Börek növləri təqdim ediləcək.

Zəngin dad harmoniyası yaradan yeməklər – Karnıyarık (qiymə ilə doldurulmuş badımcan)-Düyü-Cacıq, Kuru Fasulye (ağ lobya xörəyi)-Düyü-Turşu və Qarışıq Dolma (içlikli tərəvəzlər)-Qatıq – evdə bişirilən Türk mətbəxinin dolğun kulinariya səyahətini vəd edir.

Bu dadlı menyunu təravətləndirici Bostana və Çoban salatları, eləcə də müxtəlif növ Hoşaflar (kompotlar) tamamlayacaq. Şirniyyat sevərləri isə süfrənin sonunda Tavukgöğsü (toyuq ətli südlü desert), Kazandibi (karamelləşmiş südlü pudinq) və məşhur Bakıra kimi ləzzətli Türk şirniyyatları ilə unudulmaz bir dad təcrübəsi yaşayacaqlar.

Türk Mətbəxi Həftəsi, eyni zamanda ölkənin zəngin regional müxtəlifliyinin tanıdıldığı mühüm bir platformaya çevrilir. Türkiyənin 81 vilayətinin hər biri, əsrlər boyu formalaşmış mədəni mübadilə, yerli iqlim və təbii məhsulların təsiri ilə yaranan ənənəvi reseptlərin özünəməxsus təqdimatlarını nümayiş etdirəcək.

Egey sahillərinin zeytun yağlı yüngül yeməklərindən tutmuş, Cənub-şərq bölgəsinin ədviyyatlı və güclü dadlara malik spesiyalitələrinə, Qara dəniz regionunun balıq və dəniz məhsulları ilə zəngin mətbəxinədək Türk Mətbəxi Həftəsi ziyarətçiləri ölkənin hər guşəsindəki dadlı səfərə dəvət edir.

Bölgələrdə keçiriləcək tədbirlər bu yerli klassikləri ön plana çıxararaq iştirakçılara həm əsl yerli ləzzətləri dadmaq imkanı verəcək, həm də hər bir regionun gündəlik həyatı və mədəni irsi ilə daha yaxından tanış olmaq fürsəti yaradacaq.

Avropa.info



Əvvəlki Yazı

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər

Növbəti Yazı

Türkiyə və KKTC-dən olan rəsmi heyət təhsil əməkdaşlığı üçün Bakıda

XƏBƏR LENTİ

Səs yazısı yayılan direktor işdən çıxarıldı – VİDEO

Səs yazısı yayılan direktor işdən çıxarıldı – VİDEO

12 May 2025 / 22:08
0
Bahçeli: PKK bəlası bitəcək, 47 il yazılan qanlı səhifə bağlanacaq

Bahçeli: PKK bəlası bitəcək, 47 il yazılan qanlı səhifə bağlanacaq

12 May 2025 / 20:57
62
Prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verdi -VİDEO

Prezident Ərdoğan:“Terrorsuz Türkiyə hədəfimizə doğru əmin addımlarla gedirik”-Video

12 May 2025 / 20:42
55
Prezident Ərdoğan ABŞ prezidenti Trampla görüşüb

Donald Tramp: İstanbuldakı görüşdən yaxşı şeylər çıxa bilər

12 May 2025 / 20:31
58
Peskov: Biz Ukrayna böhranının həlli yollarını tapmaqda qərarlıyıq

Peskov: Biz Ukrayna böhranının həlli yollarını tapmaqda qərarlıyıq

12 May 2025 / 18:33
42
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

12 May 2025 / 18:05
2
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları Respublika Uşaq Kitabxanasında təcrübədə olublar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları Respublika Uşaq Kitabxanasında təcrübədə olublar

12 May 2025 / 17:50
106
İran Putinin səfərinə hazırlaşır

İran Putinin səfərinə hazırlaşır

12 May 2025 / 17:14
52
Anamı kürəyimə alıb 300 metr apardım, amma qardaşım istisna nə onu, nə də digərlərini çıxara bilmədim”

Anamı kürəyimə alıb 300 metr apardım, amma qardaşım istisna nə onu, nə də digərlərini çıxara bilmədim”

12 May 2025 / 17:00
110
Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat edib

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat edib

12 May 2025 / 13:33
64
Türkiyə və KKTC-dən olan rəsmi heyət təhsil əməkdaşlığı üçün Bakıda

Türkiyə və KKTC-dən olan rəsmi heyət təhsil əməkdaşlığı üçün Bakıda

12 May 2025 / 13:04
34
Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

12 May 2025 / 13:00
28
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər

12 May 2025 / 12:57
62
“Ölü mətn”in diriliş missiyası

“Ölü mətn”in diriliş missiyası

12 May 2025 / 12:53
40
İşinə sədaqətin simvolu – Peşəkar və fədakar həkim

İşinə sədaqətin simvolu – Peşəkar və fədakar həkim

12 May 2025 / 12:47
111
Albert Aqarunovun adını daşıyan qardaşı oğlu ölkəmizdə səfərdə olub-Fotolar

Albert Aqarunovun adını daşıyan qardaşı oğlu ölkəmizdə səfərdə olub-Fotolar

12 May 2025 / 12:29
10
Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən elektron məlumat bazası hazırlanıb

12 May 2025 / 12:15
87
Terror təşkilatı PKK özünü ləğv etdiyini aciqladi

Terror təşkilatı PKK özünü ləğv etdiyini aciqladi

12 May 2025 / 12:02
50
Türkiyədə qurulacaq sülh masası dünyanın gündəmindədir

Türkiyədə qurulacaq sülh masası dünyanın gündəmindədir

12 May 2025 / 10:45
79
Türkiyədə yenidən sülh masası qurulacaq

Türkiyədə yenidən sülh masası qurulacaq

12 May 2025 / 10:28
58
Azərbaycan xalginin taleyində həlledici rol oynamis əlamətdar günlər məhz Heydər Əliyevin adi ilə baglidir

Heydər Əliyevin səhiyyə siyasətində uşaq sağlamlığı prioriteti

11 May 2025 / 22:12
9
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” sərgisi ilə Heydər Əliyevin 102-ci ildönümü qeyd olundu

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” sərgisi ilə Heydər Əliyevin 102-ci ildönümü qeyd olundu

11 May 2025 / 21:52
20
Ərdoğandan Putinin təklifinə REAKSİYA

Ərdoğandan Putinin təklifinə REAKSİYA

11 May 2025 / 15:23
5
9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə tədbir və sərgi keçirilib

9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə tədbir və sərgi keçirilib

11 May 2025 / 12:01
12
Putin: Kiyevlə danışıqları yenidən başlamaq istəyirik

Putin: Kiyevlə danışıqları yenidən başlamaq istəyirik

11 May 2025 / 9:22
38
Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib

Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib

11 May 2025 / 9:07
66
Kolumbiyada daşqınlar və torpaq sürüşmələri: 5 nəfər ölüb

Kolumbiyada daşqınlar və torpaq sürüşmələri: 5 nəfər ölüb

11 May 2025 / 8:40
92
ABŞ-da sərbəst buraxılan Öztürk yaşadığı Massaçusetsə qayıdıb

ABŞ-da sərbəst buraxılan Öztürk yaşadığı Massaçusetsə qayıdıb

11 May 2025 / 8:23
64
Prezident “Qarabağ” mahnısını ifa etdi-Video

Prezident “Qarabağ” mahnısını ifa etdi-Video

11 May 2025 / 8:09
114
Məsafə – uzaqlıqdır. Amma Ağdam uzaq deyil axı. Uzaq ola bilməz. Ağdam yaxındır, çox yaxındır

Məsafə – uzaqlıqdır. Amma Ağdam uzaq deyil axı. Uzaq ola bilməz. Ağdam yaxındır, çox yaxındır

11 May 2025 / 7:51
120
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.