Mayın 10-u Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günü ilə əlaqədar Zərdab rayonunda silsilə tədbirlər keçirilib.
Avropa.info xəbər verir ki, Rayon İcra Hakimiyyətinin Mərdan Camalzadə, icra hakimiyyətinin 1-ci müavini Ramo Haciyev millət vəkili Yalə Əliyeva ,YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev , Hüquq mühafizə orqanların rəhbərləri və digər şəxslər Zərdab şəhərinin Heydər Əliyev adına istirahət parkında ucaldılmış abidəsini ziyarət edərək önünə tər güllər düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin 102 -ci ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək Ümummilli Liderin həyat və yaradıcılığından tədbir iştirakçılara məlumat verib. Sonda Ümummilli Liderin yaradıcılığı haqqında sənədli filmi nümayiş etdirilib.
Avropa.info