16 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Zəngəzurun giriş qapısı – Şurnuxu

Aprel 28, 2025
Ölkə
A A

Şurnuxu kəndi Zəngəzur mahalının Qorus (Gorus) rayonunda yerləşir. Bura sıx meşələri, keçilməz dağları, şır-şır axan şəlalələri, bir-birini kəsib keçən dərin dərələri ilə tanınan bir diyardır. Xüsusilə Kəpəz dağının ətəyində yerləşən bu kəndin özünəməxsus gözəlliyi var: dağa doğru qalxan dik təpələr, meşəlik yamaclar, güneyli və quzeyli otlaqlar, kolluqlar bu dağlıq kəndin füsunkar və cazibədar görkəmini daha da artırır.

Şurnuxu — ana vətənim, ata yurdum, ulu əcdadlarımızdan bizə miras qalmış ən böyük sərvətimiz və dəyərimizdir. Bu torpaq bizə miras kimi yox, əmanət kimi qalıb. Bu əmanəti qorumaq və onu gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. Vətən sevgisi müqəddəsdir və bəlkə də bütün sevgilərin ən böyüyüdür.

Çoxəsrlik tarixə və zəngin mədəniyyətə malik olan, orta əsrlərdə inşa edilmiş əzəmətli memarlıq abidələri ilə tanınan bu kəndin yerli sakinləri Azərbaycan türkləridir. Azərbaycanın qədim və orta əsrlər dövründə keçdiyi şərəfli tarix kəndin keçmişində də əks olunur. Bu ərazilərdə əzəldən yaşamış qədim tayfalar və onların qoyub getdiyi toponim və etnotoponimlər buna sübutdur. Kənd ərazisindəki toponimlərə nəzər saldıqda tam əminliklə demək olar ki, Şurnuxu kəndi əzəldən Azərbaycan xalqına məxsus olub. Ali Baş Komandanımızın növbəti səyləri nəticəsində kənd sakinləri öz el-obalarına qayıdacaqlar.

Bir xalqın tarixini, dilini və mədəniyyətini öyrənmək üçün onun yaşadığı əraziyə və toponimlərinə nəzər salmaq vacibdir. N.Y. Marrın dediyi kimi, “İlk ibtidai mədəniyyətə münasibətdə coğrafiya və toponimika etnoqrafiya və etnonimikadan daha möhkəm və daha etibarlıdır”.

Hər bir ərazinin adı — yaşayış məntəqəsi, çay, göl, dağ, dərə, yaylaq adları xalqın minillik tarixi haqqında məlumat verir. A.V. Superanskaya yazır: “Coğrafi adlar ilk ibtidai məskənin qalıqları, qab-qacaq, sikkə, sümük və s. kimi maddi mədəniyyət nümunələridir.”

Bütün tarixi mənbələr sübut edir ki, hazırkı Şurnuxu ərazisi vaxtilə azərbaycanlıların sıx şəkildə məskunlaşdıqları bölgə olmuşdur. Tarixi xəritələrə əsasən, bu ərazidə yerləşən yer adları və insan məskənləri açıq şəkildə göstərilmişdir. Məsələn, Baba dağı, Daşlı güney, Sarıyer, Kolabat, Ağsu, Qızlar bulağı, Uzun meşə, Göy bulaq, Güllü dərə, Quş bulağı, Göylük, Baba bulağı, Soyuq bulaq, Yastı yastan, Kəpəz dağı, Qəhrəman çəməni, Məcidli, Xarab körpü, Cəhənnəm dərəsi, Üçağac, Armudluq, Almalıq, Dəhnə, Göy bulaq, Həşim bəy bulağı, Anabat, Qaramalıq, Mərcimək yurdu, Quzeygah, Qoşnalı bulağı, Kərim yeri, Çala yurdu, Qoyun damı, Quş bulağı, Layış bulağı, Tas, Qaranlıq meşə və s.

Obrazlı ifadə ilə desək, toponimlər xalqın tale kitabıdır, daş yaddaşıdır. Bu kitabı oxuduqca xalqın keçmişi və bu günü haqqında tam məlumat əldə etmək mümkündür. Xalqın milli varlığını özündə əks etdirən toponimlər, hidronimlər, oronimlər, etnonimlər və urbonimlər, bir sözlə, bütün onomastik vahidlər xalqın ana dilində yaranır və onunla yaşayır.

Şurnuxu toponimi bəzi tədqiqatçıların yazılarında Azərbaycan dilində “kiçik şəlalə” mənasında işlənən “çırnox” sözünün fonetik forması olan “şumux” və “şırnıx” sözləri əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin Qazax dialektində “sürətlə axın” mənasında “şırnoy” sözü də işlənir. Bəzi tədqiqatçılar bunu Şiraklar və ya Şuraklar tayfasının adı ilə də bağlayırlar. Tarixi mənbələrdə bu türk tayfasının IV yüzildə burada məskunlaşıb yaşadığı yer kimi göstərilir.

Kənd sakinləri keçmişlərini xatırladıqca, şirin söhbətlərində mütləq kənddəki yerlərin adlarıyla xatırlayırlar. Kəndimizin hörmətli ziyalılarından olan Ələsgər Həsənli şerlərindən birində kəndi belə xatırlayıb:   

Yadıma düşür

Unuda bilmirəm Daşlı güneyi,

Sarı yer, Kolavat yadıma düşür

O Qızlar bulağı, Ağsunun neyi,

Dağ  seli, o gürşad  yadıma  düşür.

 

Hanı  boz  dumanlı Kəpəzim,  hanı?

Əsə  dağ  havası  coşdura  qanı,

Gəzib dolanardım  bağı, bostanı,

Qapı-baca, bağ – bağat  yadıma düşür.

 

Kim dərdi moruğun Kərim yerinin,

Yastı Almalığın, Güllü dərənin?

Kəsilib yolları bəndin, bərənin,

Baba dağ, Salavat yadıma düşür.

 

Görən nə haldadır o Uzun meşə?

Sürülər çıxırmı Köylükdə döşə?

Həyalı, ismətli o qız  bənövşə,

Göl dibi, o göy ot  yadıma düşür.

 

Pozuldu  sahmanlı o gözəl çağım,

Gedib  bir  görəydim  o Quş bulağı

Suyuna  həsrətdir dilim, dodağım,

Göy bulaq, Batabat yadıma düşür.

                                                 

Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi – dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Mənim Ana vətənim Şurnuxudur. Bu məmləkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Şurnuxu kəndinin tarixi çox qədimdir, bizi təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar.

Ata nəsihətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti hesabına 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. 2020-ci il dekabrın 24-ü Şurnuxu kəndinin Qubadlı rayonunun inzibati ərazisinə aid olan hissəsi Azərbaycan Ordusunun şanlı əsgərləri tərəfindən işğaldan azad edildikdə Ali Baş Komandan fəxrlə, qürurla “Şurnuxu Zəngəzurun giriş qapısıdır. Tezliklə biz Zəngəzurda qələbə zəfərini duyacağıq” dedi. Biz Sizlə qürur duyuruq, fəxr edirik, Ali Baş Komandan, cənab Prezident  İlham Əliyev. İnanırıq ki, tezliklə Qafanda, Gorusda, Mehridə, Qarakilsədə deyəcəksiniz – “Zəngəzur bizimdir! Zəngəzur Azərbaycandır!”

Natəvan Ağayeva
Avropa.info

 

Əvvəlki Yazı

Tramp: “Rusiyanın Ukraynaya raket hücumları məni məyus etdi”

Növbəti Yazı

Turizmin beşiyi olan tarixi kəndlər – FOTOLAR

XƏBƏR LENTİ

Ukraynalı futbolçu ad günündə dənizdə boğulub öldü

Ukraynalı futbolçu ad günündə dənizdə boğulub öldü

16 İyun 2026 / 10:08
18
Yol polisi sürücülərə müraciət etdi

Azərbaycanda “Piyadalar, diqqətli olun!” həftəliyi başladı

16 İyun 2026 / 10:02
17
İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada güclü zəlzələ baş verib

16 İyun 2026 / 9:54
14
Aleksandr lukaşenko:”İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşaqları öldürərkən hansı Holokostdan danışırdılar?”

Aleksandr lukaşenko:”İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşaqları öldürərkən hansı Holokostdan danışırdılar?”

16 İyun 2026 / 9:47
15
ABŞ-ın vitse-prezidenti İranı hədələdi

ABŞ-ın vitse-prezidenti İranı hədələdi

16 İyun 2026 / 9:39
16
“Əbədi İşıq” sərgisi – Rəşid Əzimovun xatirəsinə

“Əbədi İşıq” sərgisi – Rəşid Əzimovun xatirəsinə

15 İyun 2026 / 23:26
103
“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:33
6
Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

15 İyun 2026 / 21:31
2
Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:29
2
Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

15 İyun 2026 / 21:20
11
Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

15 İyun 2026 / 10:41
1
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

15 İyun 2026 / 10:32
20
Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
19
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
3
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
7
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
18
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.